Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı halda rükətə yetişilir və səfə çatmamış rüku etmək

Hansı halda rükətə yetişmiş sayılır?
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biz səcdədə olarkən namaza gəlsəniz siz də səcdə edin. Amma bunu namazın hesabına salmayın. Kim rükuya yetişərsə o namaza (yaxud, həmin rükətə) çatmış sayılır»[1].

Səfə çatmamış rüku etmək:
Əbu Bəkrə deyir ki, o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldikdə onun rükuda olduğunu görüb səfə çatmamış rükuya gedir. Sonra etdiyi bu hərəkət haqqında soruşur və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona deyir: «Allah sənin xeyir işlərə olan hərisliyini artırsın, amma bir daha belə etmə»[2].
Əta, İbn əz-Zubeyrin minbər üzərində belə dediyini eşitmişdir: «Biriniz məscidə daxil olduqda camaatın rükuda olduğunu görsə, o da rüku etsin. Hətta içəri daxil olduqda rüku etsin sonra səfə daxil olana qədər həmin vəziyyətdə addımlasın. Həqiqətən bu sünnədir»[3].
Zeyd ibn Vahb deyir ki, «bir dəfə Abdullah ibn Məsudla birlikdə onun evindən məscidə getdik. Biz məscidin ortasına çatdıqda imam rükuya getdi və Abdullah da təkbir gətirib rüku etdi, mən də onunla bərabər rüku etdim. Sonra addımlayıb irəli getdik və camaat rükudan qalxanda biz səfə qoşulduq. İmam namazı bitirdikdə mən namazımın tamamlanmadığını düşünüb ayağa durdum. Abdullah əlimdən tutub məni oturtdu və dedi: Sən namaza çatmısan»[4].


[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 468. Əbu Davud: 3/ 145/ ? 875.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3565. Buxari: 2/ 267/ ? 783. Əbu Davud: 2/ 378/ ? 684.
[3] Hədisin sənədi səhihdir. əs-Silsilətus Səhihə: ? 229.
[4] Hədis səhihdir. əs-Silsilətus Səhihə: 2/ 52. Beyhəqi: 2/ 90.


Tarix: 01.05.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...