Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oturub namaz qılan imamın arxasında necə dayanmaq lazımdır? İmama qoşulmaq barədə müxtəli məsələlər.

Ayaq üstə dayanmaq imkanı olan kimsə oturub namaz qılana tabe olaraq oturmalıdır:
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəliyindən şikayətləndiyi üçün evində namaz qılırdı. Demək o, oturaraq namaz qıldı və arxasında bir neçə nəfər namazı ayaq üstə qıldılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara oturub qılmağı işarə etdi. Namazı bitirdikdən sonra isə dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O rüku etdikdə siz də rüku edin. O duranda siz də durun. O oturub namaz qılsa siz də oturub qılın...»[1].

Ənəs deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) atdan yıxılmış və sağ tərəfi sıyrılmışdı. Biz ona baş çəkmək üçün onun evinə getdik. Namaz vaxtı gəldi və o oturan halda bizə namaz qıldırdı. Biz isə onun arxasında oturub namaz qıldıq. O, namazı bitirdikdən sonra dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etdikdə siz də təkbir edin. O səcdə etdikdən siz də səcdə edin. O duranda siz də durun. O, “səmiəllahu limən həmidəh” deyəndə, siz “Rabbənə va ləkəl həmd” deyin. O oturub namaz qılsa siz hamınız oturub qılın»[2].

İmama tabe olan kimsə tək olarsa o, imamın yanında, eyni sırada dayanır:
İbn Abbas deyir ki, «mən, xalam Məymunənin evində gecələdim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İşa namazını qılıb evə gəldi və dörd rükət namaz qıldı və yatdı. Sonra oyandı və namaz qıldı. Mən gəlib onun sol tərəfində dayandıqda, o məni sağ tərəfinə çəkdi»[3].

İmama tabe olan iki və daha artıq sayda insan, imamın arxasında səf qurub dayanırlar:
Cabir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmaq üçün ayağa qalxdı, mən gəlib onun sol tərəfində dayandım. O isə mənim əlimdən tutub məni sağ tərəfində dayandırdı. Sonra Cabbar ibn Saxr gəlib Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sol tərəfində dayandı. O, bizim hər ikimizin əlindən tutub arxa tərəfə çəkdi və arxasında dayandırdı[4].

İmama tabe olan qadın, imamın arxasında dayanır:
Ənəs ibn Malik, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), ona və anasına, yaxud xalasına namaz qıldırdığını vəsf edərək deyir: «O, məni sağ tərəfində, qadını isə arxamızda dayandırdı»[5].


[1] Buxari: 2/ 173/ ? 688. Müslim: 1/ 309/ ? 412. Əbu Davud: 2/ 315/ ? 591.
[2] Buxari: 2/ 173/ ? 689. Müslim: 1/ 308/ ? 411. Əbu Davud: 2/ 310/ ? 587. Tirmizi: 1/ 225/ ? 358. Nəsai: 3/ 98. İbn Macə: 1/ 392/ ? 1238.
[3] Hədis səhihdir. əl-İrva: ? 540. Səhih Sünən İbn Macə:? 892. Buxari: 2/ 190/ ? 697. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 525/ ? 763. Əbu Davud: 2/ 318/ ? 596. Tirmizi: 1/ 147/ ? 232. Nəsai: 2/ 104. İbn Macə: 2/ 312/ ? 973.
[4] Hədis səhihdir. əl-İrva: ? 540. Müslim: 1/ 458/ ? 660. Əbu Davud: 2/ 318/ ? 595. İbn Macə: 1/ 312/ ? 975.
[5] Buxari: 2/ 192/ ? 700. Müslim: 1/ 339/ ? 465. Əbu Davud: 3/ 4/ ? 776. Nəsai: 2/ 102.


Tarix: 01.05.2013 / 18:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...