Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabıkitabı)

Birinci fəsil: Ən birinci iman “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur) deməkdir.

1.Əbu Cəmradan belə rəvayət olunur: “Abdullah ibn Abbasın (r.a) önündə insanlara dediyini tərcümə edirdim. Onun yanına bir qadın gəlib, saxsı qabda qıcqırdılmış şərab haqda soruşduqda o, belə dedi: “Peyğəmbərin (s.av) yanına Əbd əl-Qeys qəbiləsindən bir neçə nəfər gəldi. Peyğəmbər onlardan soruşdu: “Kimsiniz və ya hansı tayfadansınız?” Onlar: “Rabiədənik!” deyə cavab verdilər. Peyğəmbər (s.a.v) dedi: “Gələn kəslərə və ya tayfaya salam olsun, rüsvayçılıq, peşmançılıq uzaq olsun sizdən!” Onlar dedilər: “Ey Allahın Elçisi, sənin yanına uzaq yoldan gəlmişik, səninlə bizim aramızda olan yol kafir Mudar qəbiləsinin ərazisidir, buna görə sənin yanına yalnız haram ayında (Həcc ayı) gələ bilərik.“Bəlkə də nəqir (içi ovulmuş xurma ağacının kötüyündən olan qab).” Peyğəmbər onlara: “Bunları əzbərləyin və başqalarına da xəbər verin” deyə tövsiyə etdi.” Muazın oğlu atasından rəvayət etdiyi hədisdə belə əlavə etdi: “Peyğəmbər Əbd əl-Qeys qəbiləsindən olan Əşəc adlı birinə belə demişdir: “Səndə Allahın sevdiyi iki xüsusiyyət var: hövsələ və tələsməmək.”

2.Əbu Hüreyrə (r.a) belə demişdir: “Bir gün Peyğəmbər (s.a.v) insanların arasında olduğu zaman ona bir kişi yaxınlaşaraq soruşdu: “Ey Allahın Elçisi, iman nədir?” O: “İman – Allaha, mələklərinə, kitablarına, Allahla görüşməyinə, Peyğəmbərlərinə və Qiyamət günü diriləcəyinə iman etməkdir” deyə cavab verdi. Kişi yenə soruşdu: “Ey Allahın Elçisi, İslam nədir?” O: “İslam Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, fərz olunmuş namazları qılmaq, fərz olunmuş zəkatı vermək və Ramazan orucunu tutmaqdır” deyə cavab verdi. Kişi: “Ey Allahın Elçisi, ehsan nədir?” deyə yenə soruşdu. O: “Ehsan, Allaha Onu gördüyün kimi ibadət etməkdir. Həqiqətən, sən Onu görməsən də, O səni görür” deyə cavab verdi. Kişi: “Ey Allahın Elçisi, qiyamət nə zamandır?” deyə soruşdu? O belə cavab verdi: “Soruşulan soruşandan artıq bilmir, lakin sənə onun əlamətlərindən danışaram. Kəniz ağasını doğduğu zaman; ayaqyalın, çılpaq kəslərin insanlara başçılıq etdikləri zaman; qoyun otaran çobanların uca binalar tikərək yarışdıqları zaman; bu onun əlamətlərindəndir. Beş şeyi Allahdan başqa heç kəs bilməz (sonra bu ayəni oxudu). “Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!” (Loğman\ 34) Sonra kişi getdi. Peyğəmbər (s.a.v) ətrafındakılara belə dedi: “Kişini mənim yanıma qaytarın!” Onu qaytarmaq üçün axtardılar, lakin heç kəsi tapmadılar.
Belə olduqda Peyğəmbər (s.a.v) dedi: “O Cəbrail idi, insanlara onların dinini öyrətməyə gəlmişdi.”

3.Səid ibn Museyyibdən, o da atasından (r.a) belə rəvayət edir: Əbu Talib ölüm yatağında ikən Peyğəmbər (s.a.v) onun yanına gəldi. Peyğəmbər(s.a.v) onun yanında Əbu Cəhl və Abdullah ibn Ümeyyə ibn əl- Muğirəni gördü. Peyğəmbər (s.a.v) ona: “Ey əmi! “Lə iləhə illəllah” de ki, bu kəlmə ilə sənin üçün Allahın qarşısında şahidlik edim” deyə söylədi. Əbu Cəhl və Abdullah ibn Ümeyyə: “Ey Əbu Talib! Əbd əl-Muttalibin dinindən imtina edirsən?!” deyə soruşdular. Peyğəmbər bu kəlməni, Əbu Talibin onlara son söz olaraq “O, Əbd əl-Muttalibin dinindəndir” deyənədək, onun üçün ərz edib, təkrar edti. O, “Lə iləhə illəllah” deməkdən imtina etdi. Peyğəmbər ona belə dedi: And olsun Allaha, mənə qadağan olunmayınca, sənin üçün bağışlanma diləyəcəyəm. Allah-Təala bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!” (Tövbə \ 113) Allah-Təala Əbu Talib barəsində bu ayəni nazil edərək Rəsuluna belə dedi: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir! (Qəsas\ 56)” .

İkinci fəsil: Mənə “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” deyənədək insanlarla vuruşmaq əmr olundu.

4.Əbu Hüreyrədən (r.a) belə rəvayət olunur: “Peyğəmbər (s.a.v) öldükdən sonra Əbu Bəkr (r.a) xəlifə seçildiyi, ərəblərdən bəzilərinin kafir olaraq dindən çıxdığı bir dövrdə, Ömər ibn əl-Xattab (r.a) Əbu Bəkrə (r.a) belə dedi: “İnsanlarla necə vuruşursan?!
Peyğəmbər (s.a.v) demişdir: Mənə “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur”, deyənədək insanlarla vuruşmaq əmr olundu. Kim “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” desə, artıq İslamın haqqı müstəsna olmaqla, malını və nəfsini məndən qorumuş olar, haqq-hesabını çəkmək isə Allaha aiddir.” Əbu Bəkr (r.a) belə cavab verdi: “And olsun Allaha Namazı zəkatdan ayıranla vuruşacağam. Zəkat malın haqqıdır. Allaha and olsun ki, Peyğəmbərə verdikləri qaytanı belə mənə verməkdən boyun qaçırsalar, buna görə onlarla vuruşaram. Ömər ibn əl-Xattab belə dedi: “Allaha and olsun ki, o anda Allahın
Əbu Bəkrin qəlbini döyüş üçün açdığını gördüm və anladım ki, o haqlıdır”

5.Abdullah ibn Ömərdən (r.a) belə rəvayət olunur: “Peyğəmbər (s.a.v) demişdir: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət edincəyə, namaz qılıb, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna olmaqla, qanları və mallarını məndən qorumuş olarlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir”


Üçüncü fəsil: Kafirlərdən olan bir kəsi “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” dedikdən sonra öldürən haqda.

6.Miqdad ibn əl-Əsvəddən (r.a) belə rəvayət olunur: Ey Allahın Elçisi! Kafirlərdən bir kişi ilə üz-üzə gəlsəm və mənimlə vuruşsa, qılıncı ilə vurub bir əlimi kəssə, sonra məndən qaçaraq ağac altına sığınıb, “Allaha təslim oldum” desə, sonra onu öldürUmmu? Peyğəmbər (s.a.v) : “Öldürmə” deyə cavab verdi. Belə dedim: “Ey Allahın Elçisi, artıq o, əlimi kəsib. Əlimi kəsdikdən sonra bunu deyib, onu öldürUmmu? Peyğəmbər (s.a.v) : “öldürmə”, əgər onu öldürsən, elə bil ki, o, sən onu öldürməzdən öncə sənin dərəcəndə, sənsə onun demiş olduğu kəlməni deməzdən öncə olduğu dərəcədəsən” deyə cavab verdi. Əl- Əvzai və İbn Cüreycin
hədisində belə deyilir: “Allaha təslim oldum.” Məmarın hədisində isə belə deyilir: “Elə ki öldürmək istədim belə dedi: “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur”

7. Üsamə ibn Zeyddən (r.a) belə rəvayət olunur: “Peyğəmbər (s.a.v) bizi kiçik bir dəstədə yolladı, səhər Cüheynə qəbiləsindən olan bir dəstə atlı ilə üz-üzə gəldik. Onlardan bir kişiyə çatdığım vaxt “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur”
dedi və mən onu öldürdüm. Etdiyim əməlin doğru olub olmadığından şübhələndim və bunu Peyğəmbərə söylədim. Peyğəmbər belə dedi: O “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” dedi və sən onu öldürdün?!” Ona “Ey Allahın Elçisi, o bunu silahdan qorxduğu üçün dedi” deyə cavab verdim.
Peyğəmbər (s.a.v) belə dedi: “Məgər deyib-demədiyini bilmək üçün onun qəlbini (girmişdin) yarmışdın?!” O bunu mənə təkrarladıqca: “Kaş ki, o gün İslama girəydim” deyə arzuladım.” Səad belə demişdir: “And olsun Allaha ki, Zul Butayin (yəni, Üsamə) bir müsəlmanı öldürməyincə mən də öldürmərəm.” Bir kişi belə dedi: “Məgər Allah-Təala: “Fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun” (Ənfal\ 39) deməyibmi?” Səad: “Biz fitnə qurtaranadək vuruşmuşuq, sən və əshabın isə fitnə olanadək vuruşmaq istəyirsiniz” deyə cavab verdi.

8.Safvan ibn Muhrizdən (r.a) belə rəvayət olunur: “Cundub ibn Abdullah əl-Bəcəli İbn Zübeyr fitnəsi zamanı Asasa ibn Sələmənin yanına adam göndərərək: “Qardaşlarından bir neçəsini, mənim onlarla danışmağım üçün, cəm et!” deyə söylədi. Elə ki, yığışdılar, Cundub gəldi, əynində başlıqlı sarı paltar vardı. Onlara: “Haqqında danışdığınız şeyi danışmaqda davam edin!” deyə söylədi. Söhbət uzandı, və nəhayət söz ona çatdıqda, başlıqı başından açaraq belə dedi: “Mən sizin yanınıza gəlmişəm və sizə Peyğəmbərin (s.a.v) xəbərindən başqa heç nə danışmaq istəmirəm. Peyğəmbər (s.a.v) müsəlman bir kişini müşriklərdən olan bir tayfaya elçi olaraq göndərdi. Onlar qarşılaşdılar. Müşriklərdən biri müsəlman olan kişini öldürməyə qəsd edərək onu öldürdü. Müsəlman olan bir kişi onu qəflətdə tutmaq istədi. Onun “Üsamə ibn Zeyd olduğunu deyirdik”, elə ki, qılıncı onun üzərinə qaldırdı o, “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” deyəndə onu öldürdü. Bir kişi bunu soruşmaq üçün Peyğəmbərin yanına gələrək kişinin necə etdiyini xəbər verdi. Peyğəmbər (s.a.v) onu çağıraraq soruşdu: “Onu nə üçün öldürdün”? O belə söylədi: “Ey Allahın Elçisi, müsəlmanlara əzab verib, bir neçə nəfərin adını sayaraq, filankəsi və filankəsi öldürüb və mən də onu öldürmək istədim. Qılıncı görən kimi “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” kəlməsini dedi.” Peyğəmbər soruşdu: “Onu öldürdün?!” O: “Bəli” deyə cavab verdi. Peyğəmbər (s.a.v) ona belə dedi: “Qiyamət günü “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” kəlməsi ilə gəldiyində nə edəcəksən?” O: “Ey Allahın Elçisi, mənim üçün bağışlanma dilə!” deyə xahiş etdi. Peyğəmbər ona belə dedi: “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” kəlməsi ilə gəldiyində nə edəcəksən?” Ona “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” kəlməsi ilə gəldiyində nə edəcəksən? sözündən artıq bir şey əlavə etmədi.”


Dördüncü fəsil: Kim Allah-Təala ilə imanında şəkk etmədən qarşılaşsa Cənnətə girər.

9. Osmandan (r.a) belə rəvayət olunur: “Peyğəmbər (s.a.v) demişdir: “Kim ölsə və bilsə ki “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” Cənnətə girər”

10. Əbu Hüreyrədən (r.s) (və ya Əbu Səid Əməş şəkk etmişdir) belə rəvayət olunur: “Təbük döyüşü günü insanlar aclığa düçar oldular. Peyğəmbərə (s.a.v) “Ey Allahın Elçisi, izn ver dəvələrimizi kəsib yeyək və yağını götürək” deyə, soruşdular. Peyğəmbər (s.a.v) onlara: “Edin” deyə cavab verdi. Ömər Peyğəmbərin yanına gəlib belə dedi: “Ey Allahın Elçisi, əgər belə etsən, minik azalacaq, ondansa onlara ərzaqlarından qalanı gətirmələrini söylə, sonra Allahdan onlar üçün bərəkət dilə ki, bəlkə Allah-Təala onlara bərəkət verdi.” Peyğəmbər (s.a.v) : “Bəli” deyərək dəridən süfrə tələb etdi və onu yerə sərdi. Sonra onlara olan ərzaqlarının qalanını gətirmələrini tələb etdi. “Kişilərdən biri bir ovuc qarğıdalı toxumu, başqası bir ovuc xurma, digəri isə bir parça nə isə gətirdi. Elə ki, döşəmənin üzərində cüzi bir şey yığıldı, Peyğəmbər bərəkət diləyərək dua etdi. Sonra dedi: “Yığın qablarınıza!.” Başladılar qablara yığmağa, hətta qoşunda olan bütün qablar doldu. Sonra yeyib doydular, artıq ərzaq da qaldı.” Peyğəmbər(s.a.v) belə dedi: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim onun Rəsulu olmağıma şəhadət edirəm ki, bu iki kəlmədə şəkk etmədən, Allahla qarşılaşan, Cənnətdən məhcub (məhrum) olmaz”

11.Əs-Sunabihidən, o da Ubadə ibn əs-Samitdən (r.a) belə rəvayət edir: “(Ubadə) Ölum ayağında ikən, onun yanına getdim. Sonra ağladım, o məndən: “Bir dayan, niyə ağlayırsan?” deyə soruşdu və belə dedi: “And olsun Allaha! Şahidlik etmək tələb olunsa sənin üçün şahidlik edərəm. Şəfaətçilik etmək tələb olunsa sənin üçün şəfaət edərəm, bacarsam sənə faydalı olam, olaram.” Sonra belə dedi: “And olsun Allaha! Peyğəmbərdən (s.a.v) eşitdiyim, sizin üçün xeyirli olan hər bir hədisi sizin üçün danışdım, yalnız bir hədisdən başqa, onu da sizə bu gün danışacağam. Artıq nəfəsim kəsilib, ölüm məni haqlayıbdır. Peyğəmbərin İman kitabı belə dediyini eşitdim: “Kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Onun Rəsulu olduğuna şəhadət edərsə, Allah-Təala ona odu (Cəhənnəmi) haram edər.

12. Əbu Hüreyrə (r.a) belə demışdir: Peyğəmbərin (s.a.v) ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər (r.anhum) də bir nəçə nəfərlə birgə aramızda idi. Peyğəmbər (s.a.v)qalxaraq aramızdan ayrıldı, gec qayıtdığından qorxduq ki, biz olmadan ona bir şey olar. Təlaş içində qalxdıq. Ən birinci qalxan mən oldum. Çıxıb Peyğəmbəri (s.a.v) axtarmağa başladım. Bəni Nəccar qəbiləsindən olan ənsarlardan birinin evinin divarına çatıb qapısını tapmaq üçün divarın ətrafını dolandım, heç nə tapmadım. Birdən quyudan qalxan suyun tökülməsindən meydana gələn arxın divarın altından içəriyə doğru axdığını gördüm. Ordan keçərək Peyğəmbərin ( s.a.v) yanına getdim. Məni görəndə, “Əbu Hüreyrə sənsən?” dedi. “Mənəm, ey Allahın Elçisi”, deyə cavab verdim. O: “Nə üçün gəldin” deyə soruşdu? Mən belə cavab verdim: “Bizimlə idin, qalxaraq aramızdan ayrıldın, gec qayıtmağından qorxduq ki, biz olmadan sənə bir şey olar. Təlaş içində qalxdıq. Ən birinci qalxan mən oldum və bu divarın yanına gəldim. Oradan tülkü kimi içəri keçdim, insanlar da arxamca gəldilər. Peyğəmbər : “Ey Əbu Hüreyrə” dedikdən sonra ayaqqabılarını mənə verdi və belə dedi: “Ayaqqabılarımla get, divarın arxasında qarşılaşdığın, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir kəsi Cənnətlə müjdələ.” Ən birinci qarşılaşdığım Ömər oldu. Mənə: “Ey Əbu Hüreyrə, bu ayaqqabılar nədir” deyə soruşdu? Dedim ki: “Bunlar Peyğəmbərin ayaqqabılarıdır, bunları mənə verərək divarın arxasında qarşılaş19
dığım, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir kəsi Cənnətlə müjdələmək üçün göndərib. Əbu Hüreyrə belə dedi: “Ömər mənim sinəmin ortasından elə vurdu ki, arxam üstə oturdum” O mənə: “Ey Əbu Hüreyrə, qayıt” deyə əmr etdi. Peyğəmbərin yanına gələrək hönkür-hönkür ağlamağa başladım. Ömər də mənim arxamca gəlib çatdı. Peyğəmbər : “Ey Əbu Hüreyrə, sənə nə olub?” deyə məndən soruşdu? Ona belə cavab verdim: “Ömərlə qarşılaşdım, sənin mənə əmr etdiyin kəlamı ona xəbər verdikdə mənim sinəmin ortasından elə vurdu ki, arxam üstə oturdum, sonra mənə qayıtmamı əmr etdi.” Peyğəmbər (s.a.v) : “Ey Ömər, səni belə etməyə nə vadar etdi?” deyə ondan soruşdu. O belə cavab verdi: “Ey Allahın Elçisi, atam, anam sənə fəda olsun. Əbu Hüreyrəyə ayaqqabılarını verərək divarın arxasında qarşılaşdığı, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir kəsi Cənnətlə müjdələməyi sən əmr etdinmi?” Peyğəmbər : “Bəli mən!” deyə cavab verdi. Ömər ona belə dedi: “Belə etmə, qorxuram ki, insanlar ona arxayınlaşarlar, qoy əməl etməkdə davam etsinlər,” Peyğəmbər də : “Qoy davam etsinlər” deyə onunla razılaşdı.”

13. Muaz ibn Cəbəldən (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbər (s.a.v) məni tərkinə almışdı, mənimlə onun arasında yəhərin arxası vardı. Məndən soruşdu: “Ey Muaz ibn Cəbəl!” Mən dedim: “Səni eşidirəm, əmrindəyəm, Ey Allahın Elçisi” Bir müddət susdu, sonra yenidən dedi: “Ey Muaz ibn Cəbəl!” Mən yenə cavab verdim: “Səni eşidirəm, əmrindəyəm, Ey Allahın Elçisi” O yenə bir müddət susdu, sonra yenidən dedi: “Ey Muaz ibn Cəbəl!” Mən yenə cavab verdim: “Səni eşidirəm, əmrindəyəm, Ey Allahın Elçisi” O belə dedi: “Bilirsənmi Allahın bəndələrində olan haqqı nədir?” Mən dedim: “Allah və Rəsulu daha yaxşı bilər!” Peyğəmbər ( s.a.v)buyurdu: “Allahın bəndələrində haqqı, bəndələrin Ona ibadət etmələri və bu ibadətdə heç bir şeyi Ona şərik qoşmamalarıdır.” Bir müddət susdu, sonra yenə soruşdu: “Ey Muaz ibn Cəbəl!” Mən dedim: “Səni eşidirəm, əmrindəyəm, Ey Allahın Elçisi” O belə dedi: “Bilirsənmi, Ona heç bir şeyi şərik qoşmayan bəndələrin Allahda olan haqqı nədir?” Mən dedim: “Allah və Rəsulu daha yaxşı bilər!” O: “Onlara əzab verməməkdir” dedi.”

14. Mahmud ibn Rabidan , o da İtban ibn Malikdan belə rəvayət etmişdir: “Mədinəyə gəldiyim vaxt İtbanla qarşılaşdım. Ona belə dedim: “Sənin haqda belə bir hədis eşitmişəm.” İtban dedi: “Gözlərimə (görməyim zəifləmişdi) nəsə olmuşdu. Peyğəmbərin (s.a.v) yanına adam göndərərək ona belə deməsini istədim: “İstəyirəm ki, gəlib mənim evimdə namaz qılasan, mən də oranı özüm üçün namazgah edim.” Peyğəmbər(s.a.v) Allahın istədiyi səhabələrlə gəldi və evə daxil oldu. O , namaz qılarkən səhabələr öz aralarında söhbət edirdilər. Sonra bu işin əzəmətliliyini və böyüklüyünü Malik ibn Duxşuma aid edərək belə dedilər: “Kaş ki, ona dua edərdi və o həlak olardı, kaş ki, ona bir şey olardı.” Peyğəmbər (s.a.v) namazı bitirdikdən sonra belə dedi: “Məgər o, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Onun Elçisi olduğuma şəhadət etmir?” Onlar: “O, qəlbində olmadığı bir şeyi deyir” deyə cavab verdikdə, Peyğəmbər (s.a.v) belə dedi: “Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Onun Elçisi olduğuma şəhadət etsə Cəhənnəmə girməz və ya onu dadmaz.” Ənəs belə demişdir: “Bu hədis mənin xoşuma gəldi, oğluma bunu yazmasını söylədim, o da yazdı.”


Tarix: 24.04.2013 / 22:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 491 Bölmə: Maraqlı melumatlar
loading...