Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Birinci)

Rəsulullahın (s.a.v.) öz ümməti üzərində çoxlu haqları vardır. Onlardan bir neçəsi aşağıdakılardır:
Birinci, Ona tam şəkildə iman etmək və gətirdiyi şəriəti təsdiq etməkdir ki, Allah taalka bu haqda buyurur: “Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura iman gətirin! Allah sizin etdiklərinizdən xəbərdardır”. (ət-Təğabun, 8)

Digər bir ayədə Uca Rəbbimiz buyurur: “Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi (yazıb-oxuma bilməyən) peyğəmbər olan rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (əl-Əraf, 158) “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Hədid, 28) Uca Allah buyurur: “Hər kəs Allaha və Onun Peyğəm¬bərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!” (əl-Fəth, 13) Rəsulullah (s.a.v.) belə buyurur: “Insanlar Allahdan başqa ilah olmadığına dair şəhadət gətirənə, mənə və mənim gətirdiyimə iman edənə qədər onlarla vuruşmaqla əmr olundum”. Müslim rəvayət etmişdir.
Ona (s.a.v.) iman gətirmək peyğəmbərliyini təsdiq etmək və Allah taalanın onu bütün cinlər və insanlar üçün göndərdiyinə inanmaqdır. Ona olan imanın tam olması üçün gətirdiyi və dediyi hər bir şeyin təsdiq edilməsi zəruridir. Yalnız qəlblə təsdiq etmək, dillə şəhadət gətirmək və gətirdiyi şəriətə əməl etmək vəhdət təşkil etdiyi zaman rəsulullaha (s.a.v.) olan iman kamildir.

Səid bin Əli bin Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar
loading...