Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EVLƏRDƏ İT SAXLAMAQDAN ÇƏKİNİN!

Artıq reallıqdır ki, kafir adətlərini təqlid edən bəzi müsəlmanlarda evlərində it saxlayırlar. Evdə it saxlamaq haramdır. (İmam Əhməd 1/356 “Səhih əl-Cami” 3071) evlərində it saxlayan insnalar onu alarkən, sonra yedizdirərkən, təmizləyərkən və digər vaxtlarda da qayğısına qalarkən çoxlu pul xərcləyir.

Halbuki, insan xərclədiyi pul barəsində də Qiyamət günü sorğu-sual olunacaqdır. Hətta, bəzi insanlar evlərini itsiz təsəvvür edə bilmirlər. Sanki, it onların ailə üzvlərindən birinə çevrilib. Itlə oynamaq nəcasətdir. Bu da evə və evdəki əşyalara bulaşır. Əgər it bir qaba toxunubsa, onu bir dəfə torpaqla təmizləklə yeddi dəfə yumaq lazımdır. Əziz müsəlman, gör onda it saxlanıldığı evlərdə nə qədər əşyalara təmas edir.
Peyğəmbər (s) buyurur: “Bir ailə itə sıx bağlılıq göstərərsə, hər gün onların əməllərindən bir dağ boyda (Müslimin rəvayətində iki dağ boyda kimi qeyd olunur) savab əksilər. Ov iti, əkinçilikdə istifadə edilən it və mühafizə üçün istifadə olunan it istisnadır”. (Tirmizi 1489 “Səhih əl-Cami” 5321) Hədisdə qeyd olunan ovçuluqda, əkinçilikdə və mühafizədə istifadə olunan itlərdən başqa itlərlə təmasda olmaq qadağandır. Itlərdən evlərin, obyektlərin, mal-qaranın qorunmasında geniş istifadə edirlər. Həmçinin, cinayətkarların izinin tapılmasında, narkotik maddələrin aşkar edilməsində və sair mühüm əməliyyatlarda itlərə ehtiyac duyulur. Bəzi elm adamları bu barədə ətraflı məlumatlar vermişlər.
Cəbrail (ona salam olsun!) Məhəmməd peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) evinə daxil olmaqda ona mene olan səbəbi bildirir. Peyğəmbər (s) buyurur: “Cəbrayıl gəldi və mənə dedi: Mən gecə sənin yanına gəlmişdim. Lakin, evdə olan kişi heykəli, pərdə üzərindəki canlı təsvir və evdəki it mənim evə daxil olmağıma mane oldu. Heykəlin başını vur, pərdəni kəsib balınc hazırla, iti də evdən çıxart! Rəsulullah (s) deyilənləri etdi. (Əhməd “Müsnəd”, “Səhih əl-Cami 68)


Tarix: 17.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar
loading...