Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (On səkkizinci misal)

Bu ən yaxşı misallardandır. Belə ki, bir şah insanların içində kef çəkməsi üçün çox görülməmiş və eşidilməmiş geniş və çox gözəl bir saray tikdirir. Saraya gələn yolun ortasında hər cür zinətlə bəzədilmiş və ən gözəl geyimlər geymiş bir qadın əyləşdirir. Yoldan keçənlər onun yanından ötürlər.

Qadının da əlinin altında bir neçə köməkçisi və xidmətçisi olur. Qadının və köməkçilərinin əlinə bu yoldan ötüb şahın sarayına gedənlərə vermək üçün azuqə verilir. Şah qadını köməkçiləri ilə birlikdə hüzuruna çağıraraq ona belə əmr edir: «Yoldan ötənlərdən kim sənə baxmayıb səndən mənim yanıma gəlmək üçün kifayət qədər azuqə istərsə, ona qulluq et və azuqə ver. Ona mənim yanıma gəlməsində mane olma. Əksinə, ona yanıma gəlməsi üçün lazımi qədər köməklik et. Kim də gözlərini sənə dikib səninlə qalmağa razı olsa, səni məndən üstün tutsa və sənə qovuşmaq istəsə, onu ən pis əzabla cəzalandır, ən dəyərsiz şeyi ona verib yanında işlət. Onu vəhşi heyvanın qaçdığı kimi arxandan qaçırt. Kim də səndən yemək istərsə, ona az bir şey verərək hiylə qur, sonra verdiyini geri al və onu tamamilə soyub talan et. Sonra xidmətçilərini və əlaltılarını onun üstünə burax. O sənə nə qədər çox məhəbbət və hörmət göstərsə, sən də ona bir o qədər nifrət et, ona qarşı alçaqcasına davran və təhqirlər et ki, peşman olaraq canı çıxsın».
Dünyanı istəyənlərlə axirəti istəyənlərin halını göstərən bu misal haqda dərindən fikirləş. Yardım diləmək üçün üz tutulan yeganə varlıq Allahtaaladır.....


Tarix: 15.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...