Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilənlərdən soruşun!

Sual: Elm ardınca gedənlərin bəziləri halal və haram məsələləri ilə əlaqədar hökmlərdə tələsik hökm verirlər. Bu ümumi nəzərəçarpan xətadır. Sizin belə kəslərə nəsihətiniz nədir?

Muhəmməd Nəsr ud Din Əl Əlbanin cavabı:
Biz bu məsələ haqqında artıq danışmışıq. Dedik ki Allah Hakim Müsəlman cəmiyyətini iki yerə ayırmşdır: Əhli Zikr və Əhli Zikrdən asılı olanlar. Allahın sadə adamlara buyurduğu kimi: " (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!" (əl-Ənbiya surəsi, 7)
Bizim hamımızın bildiyi kimi Əhli zikr Quran Əhli Və Hədis əhlidir, o kəslər ki , səhihi səhih olmayandan, ümimini xüsusidən, nəsh mənsuhdan ayırır, Fiqhin və Hədisin digər prinsiplərini bilir.
Bununla belə müsəlmana bir neçə hədisə əsaslanaraq, buna sadəcə bir neçə kitabda rast gəldiyinə görə fətva vermək olmaz. Çünki, hədis alimlərinin səhihi səhih olmayanda ayırma kriteriyasını bilmir. Digər tərəfdən o bilir ki, Kitab və Sünnədə olmayan fikirlər və ideyaları açıqlamaq üçün o Ərəb dilində kifayət qədər elm və qabiliyyətə sahib deyil. Ona görə də, əgər o kəs ki hələ elm əldə etməyə və onu bir çox il saxlamağa qərar verməyibsə, elm adamlarının onu insanları hidayətə aparmaq və yaxşılığı doğru aparmağına dair şahidlik etməyincə, sadəcə bir neçə ayə əzbərləyib hədis əzbərləməsinə görə alim olduğunu düşünmək düzgün deyil. Bəzən biz onların bəzilərinin hətta Quranı və Peyğəmbər (s.ə.v)-in hədislərini düzgün oxumadığını eşidirik. Ona görə də, elm tələbələrinə iki əsası öyrənməyi nəsihət edirəm.
A) Fiqhin əsasları
B) Hədisini əsasları
Mən bundan əvvəl qeyd etmişəm ki, bir nəfər üçün Şəriət qoyanın istənilən mətnindən nəzərdə tutulan mənanı çıxartmaq, bütün Quran və Sünnə mətnlərini oxuyunca və mümkün qədər istişarə edincəyə qədər asan deyil. Bir dənə açıq misal verəcəm: "Sizin üçün ölü ət və qan haramdır" (Maidə surəsi, 3) Əgər qurana təzə başlayan bunu oxusa və hədis haqqında elmi yoxdursa, ölü balıqdan soruşulsa, o dərhal haramlığını açıqlamaq üçün bu ayəni ölü ətinin haram olduğunu bildirərək dəlili gəirəcək. Lakin o hədisə nəzər salsa biləcək ki, Peyğəmbər (s.ə.v) iki növ heyvanı istisna etmişdir, balıq və çəyirtkə. Ona görə də bunu oxuyandan sonra o uyğun qərar verəcək.
Qısacası, Quran və Sünnəni mümkün qədər düzgün başa düşmək üçün elm tələbəsinin bu iki əsas öyrənməsi vacibdir.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!


Tarix: 14.04.2013 / 14:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar
loading...