Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnə xəzinəsindən

Sünnə xəzinəsindən
هل تريد أن تكون قريبا من الله؟
Allaha yaxın olmaq istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((اقرب ما يكون العبد من ربه و هو ساجد فأكثروا الدعاء))
رواه مسلم
Bəndə öz Rəbbinə səcdədə ikən daha yaxın olur,(səcdədə olduğunuz zaman) çoxlu dua edin.

هل تريد أجر حجة؟
Həc səvabına nail olmaq istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((العمرة في رمضان تعدل حجة أو حجة معي))
متفق عليه
Ramazan ayında edilən ümrə ziyarəti həc səvabına və ya mənimlə bərabər əda olunan həc səvabına bərabərdir

هل تريد بيتا في الجنة؟
Cənnətdə evinin olmasını istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من بني مسجدا لله بني الله له في الجنة مثله))
رواه مسلم
Kim Allah üçün məscid tiksə Allahda onun üçün Cənnətdə eynisini tikər

هل تريد أن تنال رضا الله سبحانه و تعالى؟
Allah Təalanın razılığın qazanmaq istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((إن الله ليرضى عن العبد يأكل الاكله فيحمده عليها
و يشرب الشربه فيحمده عليها))
رواه مسلم
Yeyib-içdikdən sonra Allahın bu nemətlərinə görə Ona həmd edən bəndədən Allah əlbətdəki razı olar

هل تريد أن يستجاب دعائك؟
Duanın qəbul olmasını istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((الدعاء بين الأذان و الإقامة لا يرد))
رواه أبو داوود
Azan ilə iqamə arasında edilən dua geri qayıtmaz

هل تريد ان يكتب لك اجر صيام سنة كاملة؟
İstəyirsənmi sənin üçün tam bir il tutulan orucun səvabı yazılsın?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((صوم ثلاثة أيام من كل شهر يعدل صوم الدهر كله))
متفق عليه
Hər ay üç gün oruc tutmaq tam bir il tutulan oruca bərabərdir

هل تريد حسنات كالجبال؟
İstəyirsənmi səvab və həsənatın dağlar qədər olsun?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من شهد الجنازة حتى صلى عليها فله قيراط
و من شهدها حتى تدفن فله قيراطان
قيل و ما القيراطان ؟ قال مثل الجبلين العظيمين))
متفق عليه
Cənazə namazına qədər dəfn mərasimində iştirak edənin mükafatı bir qirat, cənazə dəfn olunana qədər həmin mərasimi tərk etməyənin mükafatı isə iki qiratdır. Qirat nədir? deyə soruşulduqda Allah Rəsulu bele cavab vermişdir: İki əzəmətli dağdır.

هل تريد مرافقة النبي في الجنة؟
Cənnətdə Allah Rəsulu ilə bərabər olmaq istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((أنا و كافل اليتيم كهاتين في الجنة
و أشار بإصبعيه السبابه و الوسطى))
رواه البخاري
Yetimə himayədarlıq edən Mənimlə Cənnətdə bax bele olacaq deyərək iki barmağı ilə işarə edir

هل تريد اجر مجاهد أو قائم أو صائم في سبيل الله؟
İstəyirsənmi səvabın Allah rızası üçün edilən cihadın, gecəni ibadətlə keçirənlərin və ya oruc tutanların səvabına bərabər olsun?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((الساعي على الأرملة أو المسكين كالمجاهد في سبيل الله))
و احسبه قال ((أو كالقائم أو الصائم لا يفطر))
متفق عليه
Dul qadın və ya miskinin ehtiyacını ödəmək Allah yolunda cihad etməyə bərabərdir. Zənnimcə belə demişdir (gecəni ibadətlə keçirmiş və ya iftar etmədən tutulan oruca bərabərdir)

هل تريد أن يضمن لك النبي الجنة بنفسه؟
İstəyirsənmi Allah Rəsulunun Ozü sənə Cənnətə gedəcəyinə zəmanət versin?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من يضمن لي ما بين لحيتيه و ما بين رجليه اضمن له الجنة))
متفق عليه
Kim mənə saqqalı ilə bığının və habelə iki ayağının arasındakına zəmanət versə məndə ona cənnətə girəcəyinə zəmanət verərəm.

هل تريد أن لا ينقطع عملك بعد الموت؟
İstəyirsənmi öldükdən sonrada fəaliyyətin durmasın, davam etsin?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((إذا مات ابن آدم انقطع عمله إلا من ثلاث
صدقة جارية أو علم ينتفع به أو ولد صالح يدعو له))
رواه مسلم
Adəm övladı öldüyü zaman onun fəaliyyətidə dayanır. Yalnız üç şey ona öldükdən sonrada səvab gətirir: Cari sədəqə, faydalı elm və onun üçün dua edən əməli saleh evlad.

هل تريد كنزاً من كنوز الجنة؟
Cənnət xəzinələrindən bir xəzinəyə sahib olmaq istəyirsən?
قال رسول الله )ص)
Allah Rəsulu buyurmuşdur:
((لا حول ولا قوه إلا بالله))
متفق عليه
”La həvlə vəla quvvətə illa billah” Güc və qüvvət yalnız Allahdadır

هل تريد أجر قيام ليلة كاملة؟
Bir gecəni ibadətlə keçirməyin səvabı qədər səvab istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من صلى العشاء في جماعة كأنما قام نصف الليل
و من صلى الصبح في جماعة كأنما صلى الليل كله))
رواة مسلم
İşa namazını camaatla qılan, gecənin yarısını ibadətlə keçirmiş kimidir. Sübh namazını camaatla qılan isə bütün gecəni namaz qılmış kimidir.

هل تريد أن تقرأ ثلث القرآن في دقيقة؟
Bir dəqiqədə Qurani-Kərimin üçdə birini oxumaq istəyirsən?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((قل هو الله أحد تعدل ثلث القرآن))
رواة مسلم
”Qul huvəllahu Əhəd” Quranın üçdə birinə bərabərdir.

هل تريد أن تثقل ميزان حسناتك؟
Axirətdə yaxşı əməllərinin ağır gəlməsini istəyirsən?
قال رسول الله ( ص)
Allah Rəsulu buyurmuşdur:
((كلمتان خفيفتان على اللسان حبيبتان إلى الرحمن ثقيلتان في الميزان (( سبحان الله و بحمده سبحان الله العظيم))
رواه البخاري
Dilə yatan, Allaha xoş gələn və tərəzini ağırlaşdıran iki yüngül kəlmə “Sübhanəllah və bihəmdihi, sübhanəllah əl-Əzim”

هل تريد أن يحب الله لقائك؟
İstəyirsənmi Allah səninlə görüşmək istəsin?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من أحب لقاء الله أحب الله لقائه))
رواة البخاري
Kim Allahla görüşmək istəsə Allahda onunla görüşmək istəyər.

هل تريد أن يحفظك الله؟
İstəyirsənmi Allah Səni qorusun?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من صلى الصبح فهو في ذمة الله))
رواة مسلم
Sübh namazını qılan kəs Allahın himayəsi altındadır

هل تريد أن يصلى الله عليك؟
İstəyirsənmi Allah sənə dua etsin?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((من صلى علي صلاة صلى الله عليه بها عشراً))
رواة مسلم
Kim Mənə dua etsə (salavat göndərsə) Allah buna görə ona on dəfə dua edər.

هل تريد أن يرفعك الله؟
İstəyirsənmi Allah səni ucaltsın?
قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
((و ما تواضع أحد لله إلا رفعه الله عز و جل))
رواة مسلم
Allah Onun üçün təvazukar davranan kəsi əlbətdəki ucaldar

قال رسول الله (ص)
Allah Rəsulu buyurmuşdur:
(( الدال على الخير كفاعله ))
Xeyr işə bələdçilik edən o işi görmüş kimidir.
اذا عجبك محتوى الرساله انشرها و لك اجرها
و قيمة هذه الرسالة دعوة صالحة
و جزاكم الله خيرا
Əyər bu məktubun ehtiva etdiyi məlumatlar sənin xoşuna gəldisə onu başqalarına da çatdır. Səvab qazanarsan. Bu məktubun qiymətinə gəlincə isə dua etməklə bizi razı sala bilərsiz.
Allah sizdən razı olsun

------------
Əlimuradov İlkin Ənvər oğlu
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspirantı


Tarix: 14.04.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Maraqlı melumatlar
loading...