Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbin Rahatlılğı

Allah-taala islam vasitəsilə müsəlman bəndəsinin köksünü açıb genişləndirər.Bu barədə uca və böyük Allah buyurur: «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam [dini] üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki [sıxıntının şiddətindən] göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!»(əl-Ənam, 125.)

Həqiqətən, islam dini bu dünyada və axirətdə müsəlmanlara nur səpər. Uca və böyük Allah bu barədə Qurani-Kərimdə buyurur: «Məgər Allahın köksünü [qəlbini] islam dini üçün açmaqla Rəbbindən nur üzərində olan kəs [qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə [Qurana] qarşı sərt olanların halına! Onlar [haqq yoldan] açıq-aydın azmışlar».(əz-Zumər, 22.)


Tarix: 13.04.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar
loading...