Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözdəymə və ondan qorunma

Rəhimli və mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Salam və salavat olsun Peyğəmbəri Məhəmmədə, onun ailəsinə, səhabələrinə və ardıcıllarına. Şükr olsun Allaha ki, hər bir ümmətə doğru yol göstərən peyğəmbər göndərdi və şükr olsun Allaha ki, bizim ümmətin qisməti, Onun sevimlisi Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) oldu. Şükr olsun Allaha ki, O, Məhəmmədlə bizə doğru yol göstərən bir kitab (Quran) göndərdi. Ən xeyirli kəlam Allahın kəlamı və ən doğru yol peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yoludur.

Allah sübhənəhu və təala öz peyğəmbərinə Quranı nazil etməklə, bizə doğru yol göstərdi. Həyatın hər hansı problemi iqtisadi, tibbi, ədəb-ərkan, tarixi, geyim, məişətin digər sahələri və s. bu kimi məsələlər üçün Allahın kitabında və peyğəmbərin sünnəsində (dedikləri, etdikləri və görüb qadağan etmədiklərində) cavab vardır. Bu sahələrdə yaranmış problemlərə cavabı məhz Quran və Sünnədə axtarmalıyıq. Uzun müddət doğru dinimizdən ayrı düşməyimiz bizi doğru yoldan azdırmışdır. Qəlbimizdə Allaha, Kitabına, Peyğəmbərinə imanın olmasına baxmayaraq, cahillik (elmsizlik) davam edir. Çünki bu iman elmsiz olduğu üçün naqisdir və kortəbii xarakter daşıyır. Dindən çox xurafat və mövhumat hökm sürür. Insanların dini əqidəsində yaranmış boşluqdan fırıldaqçı xürafatçılar, mövhumatçılar məharətlə öz mənafeləri üçün istifadə etmiş və etməkdədir.
Mövhumatçıların, həmişə olduğu kimi, bu gün də geniş şəkildə fəaliyyət göstərdiyi sahələrdən biri də GÖZDƏYMƏdir. Buna bədnəzər də deyilir.
EY MÜSƏLMAN QARDAŞIM, BIL KI, GÖZDƏYMƏ HAQDIR.
Bu, Quranda əl-Fələq və ən-Nəs surələri ilə və peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisləri ilə sübut olunur:
Ibn Abbas (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi. (Buxari Tibb kitabı 36, Libas kitabı 86; Müslim, 2188; ət-Tirmizi, 2061; Əbu Davud, 3879; Ibn Macə, 3506, 3507 və b).
Ənəs (Allah ondan razı olsun!) rəvayət edir ki: Peyğəmbər əqrəb sancmasına, nəzərə, eqzemaya (səpməyə) qarşı (dua) oxumağa icazə verdi (Müslim, 2196; ət-Tirmizi, 2056).
Aişə (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: Nəzəri dəyən adam dəstəmaz alsın, onun dəstəmaz aldığı su ilə, nəzər dəyən adam qüsl etsin ( Əbu Davud 3880).
Aişə (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər mənə (və ya birisinə), nəzər dəyməyə görə (dua) oxumağı əmr etdi (əl-Buxari, 76/35; Müslim, 2195).
Əsma bint Ümeys (Allah ondan razı olsun!) rəvayət edir: Ey Allahın rəsulu, Cəfər oğullarına nəzər dəydi. Onlara oxuya bilərəmmideyə soruşdum. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): Bəli, ilahi qəzəvü-qədəri keçə biləcək bir şey olasaydı, əlbəttə, onu nəzər keçərdibuyurdu (ət-Tirmizi, 2059; Ibn Macə, 3510; Əhməd, Müsnəd 6/438).
Ibn Tavus (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: Nəzər dəyməsi haqdır. Əgər qədərlə yarışacaq bir şey olsaydı, əlbəttə , nəzər yarışardı. Biriniz dəstəmaz almaqla onu yox etsin (Abd ər-Rəzzaq, Müsənnəf 19770; Müslim, 2188).
IKI CÜR NƏZƏR VARDIR: insan nəzəri və cin nəzəri.
Ümmu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər Ümmu Sələmənin evində üzündə göz dəymədən sarılıq meydana gələn bir qız uşağı gördü və: Ona oxuyun. Çünki onda nəzər dəyməsi var buyurdu (əl-Buxari, 76/35; Müslim, 2197; əl-Hakim, 4/212 və b.).
Cabir (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: Nəzər insanı qəbrə, dəvəni qazana salar (Ibn Hibban, 2/107; əl-Əlbani və b.). Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni ölməmiş tez kəsərlər.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) cinlərdən və insan gözündən Allaha sığınırdı (ət-Tirmizi, 2059; ən-Nisai, 8/271; ibn Macə, 3511).
Bizdən hər birimiz başqalarını və özümüzü, başqalarının və özümüzün malını, uşaqlarını, bağ, heyvan, ev, avtomobil və s. əşyalarını özümüz də hiss etmədən gözə gətirə bilərik. Ona görə özümüzdə və başqalarında fərəhləndirici və təəccübləndirici belə şey görəndə, Allahdan onun bərəkətini istəməliyik. Bu zaman təbarək Allah demək lazımdır:
Imam Malik (Allah ona rəhmət eləsin!) rəvayət edir: Əmir bin Rabiə, Səhl bin Hüneyfi yuyunarkən görmüşdür və Vallahi (Allaha and olsun), bu günkü kimi bir gün və belə gözəllikdə bir bədən görmədim demişdir. Bu zaman Səhl bin Hüneyf böyrü üstə yıxıldı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əmir bin Rabiaya acıqlandı və: Biriniz qardaşınızı niyə öldürürsünüz Ona bərəkət duası edəydin. Get onun üçün qüsl etbuyurdu. Əmir də onun üçün üzünü, əllərini, dirsəklərini, dizlərini, ayaq barmaqlarını və köynəyini bir qab içində yudu. Sonra Səhlin üzərinə tökdü və o, adamlarla birlikdə gəzməyə başladı (Müvatta, 2/939; ibn Macə, 3509; Müsnəd, 3/486 və b.).

GÖZDƏYMƏDƏN QORUNMA

Xürafatçılar belə hallarda dinə, şəriətə, o cümlədən elmə zidd yollarla insanları mövhumata çağırırlar. Insanlar nəzərdən qorunmaq üçün müxtəlif əşyalara (göz muncuğu, qara tikan, at nalı, üzərlik otu, buynuz, heyvan başları və s.) tapınırlar. Həmin əşyaları evlərində, avtomobillərində asır, uşaqların biləklərində, boyunlarında gəzdirirlər. Bəziləri də mollaların yazdığı mənasız sözlərdən (bəzən heç söz deyil, əyri-üyrü xətlərdən) ibarət DUAları gəzdirir, istifadə edir. Həmin yazılar hətta mənalı sözlər, Quran ayələri və ya peyğəmbərin dualarından ibarət olsa belə, bu, şəriətlə düzgün deyil. Çünki dua asılmaz, gəzdirilməz, dua edilər, oxunular. Necə ki, dərmanı gəzdirmək xəstəyə təsir etməz, eləcə də duanı gəzdirmək nəzərə təsir etməz. Ona görə də xəstə dərmanı qəbul etdiyi kimi, duanı da etməlidir ki, təsiri olsun.
Həzrəti Əlinin (Allah ondan razı olsun!) Nəhcul Bəlağə kitabından oxuyuruq: Həzrəti peyğəmbər sehr, çöpçülük, quşların uçuşundan hökm çıxarmaq, kahinlik, ulduz falı, göz muncuğu taxmaq kimi batil inancları tamamilə qadağan etmişdir (Nəhcul Bəlağə, Tehran, 1995, səh. 46).
Üqbə bin Amir əl-Cühnidən (Allah ondan razı olsun!) rəvayət olunur: Bir dəfə Allahın Elçisinin yanına on nəfər adam gəlir, o, doqquz nəfərin beyətini qəbul edir, bir nəfəri sonraya saxlayır. Adamlar deyirlər:Ey Allahın Rəsulu! Doqquz nəfərin beyətini qəbul edib, bunu niyə belə buraxdın. O deyir: Onda tilsim var. Sonra əli ilə onun boynundakı tilsimi (talismanı) qırır və beyətini qəbul edir.Sonra deyir: Öz üstündə tilsim asan şirk etmiş olur (Əhməd).
Bu hədislərdən məlum oldu ki, tilsim, dua, göz muncuğu və s. şeylərdən istifadə edərək bədnəzərdən qorunmaq haramdır. Belə ki, bunlar hamısı Allahdan qeyrisinə etimad göstərmək, arxalanmaq, etiqad etmək, iltifat etmək, etibar etmək deməkdir ki, bu da Allaha şərik qoşmaqdır. Bu şərafətli Peyğəmbər hədisində deyildiyi kimi: Öz üstündə tilsim gəzdirən adam Allaha şərik qoşmuş olur.
Gözdəymədən qorunmaq üçün müxtəlif əşyalara tapınanlar fikirləşmirlərmi ki, hər şey: övlad vermək, şəfa etmək, kömək olmaq, qorumaq, xeyir və zərər vermək yalnız Allaha məxsusdur. Elə isə Allah zərər vermək istəsə həmin əşyalar Allahın əmrinə qarşı çıxa bilərlərmi Onlar qüdrətlidir, yoxsa Allah Əlbəttə ki, Allah!!!
NƏZƏRIN MÜALICƏSININ QURAN VƏ SÜNNƏ ILƏ MÜXTƏLIF YOLLARI VAR.

Səhl bin Hüneyfə (Allah ondan razı olsun!) rəvayət edir: Bir dəfə selə düşdük. Içinə girib yaxalandıq. Sudan titrəyərək çıxdım. Bunu Rəsulullah bildi: Əbu Səmitə (Səhlə) deyin (ən-Nas və əl-Fələq) oxuyaraq Allaha sığınsın. Dedim: Ya Rəsulullah! Oxumaq yarayarmı Buyurdu ki: Oxumaq ancaq nəzər dəyməsi, həşəratın sancması və əqrəb sancması zamanı olur (Əbu Davud, 3888; Müsnəd, 3/486; əl-Hakim, 4/313, 3/408, 409).
Allaha sığınmanın və oxumanın bir qismi əl-Fələq və ən-Nas surələrini, əl-Fatihəni və Ayətul Kürsini (Kürsü ayəsi, əl-Bəqərə, 255) çox oxumaqdır (əl-Buxari, 76/39, 32, 33).
Peyğəmbərin etdiyi Allaha sığınma duaları da, Oxumağa daxildir. Bunlardan bəzilərini göstərək.
ƏUZU BIKƏLIMƏTILLƏHI ƏT-TƏMMƏTI MIN ŞƏRRI MƏ XƏLƏQ (yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram) (əl-Buxari, 6/293; ət-Tirmizi, 2061; Əbu Davud, 4737; Müsnəd, 3/419, 448, 6/377, 409).
ƏUZU BIKƏLIMƏTILLƏHI ƏT-TƏMMƏTI MIN KULLI ŞEYTANIN VA HAMMƏH VƏ MIN KULLI ƏYNIN LAMMƏH (Bütün şeytan və həşəratlardan, bütün bəd nəzərlərdən Allahın tam kəlmələrinə sığınıram) (əl-Buxari, 4-cü cild səh. 79; Ibn Macə 3525).
Əgər bir kəs başqasına gözünün dəyməsinə görə qorxursa, gözünün bu şərini ALLAHUMMƏ BARIK ALEYHI (Allahım, ona bərəkət olsun) deməklə dəf etsin. Həmçinin fərəhləndirici və təəccübləndirici bir şey gördükdə, MAŞAALLAH, LƏ QUVVƏTƏ ILLƏ BILLƏH (Allah istədi, Allahdan başqa qüvvət yoxdur) demək də gözdəymənin qarşısını alır.
Allah sübhanəhu-təalə Peyğəmbərə yaratdıqlarının (insanların, cinlərin, heyvanların və s.) şərindən, qaranlığın şərindən, ovsunçu cadugər qadınların şərindən və paxılın həsədindən (bəd nəzərdən), cin və insanların şərindən, şeytanın şərindən qorunmaq üçün əl-Fələq və ən-Nas surələrini nazil etdi:
əl-Fələq surəsi:
QUL ƏUZU BIRƏBBIL FƏLƏQ, MIN ŞƏRRI MƏ XƏLƏQ, VƏ MIN ŞƏRRI ĞASIQIN IZA VAQAB, VƏ MIN ŞƏRRIN-NƏFFƏSƏTI FIL-UQƏD, VƏ MIN ŞƏRRI HƏSIDIN IZƏ HƏSƏD (Ya Peyğəmbər!) De ki: Pənah aparıram sübhün Rəbbinə, Yaratdıqlarının (insanların, cinlərin, heyvanların) ərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib, iplərə düyün vuran) qadınların şərindən, və bir də paxılın həsədindən.
ən-Nas surəsi:
QUL ƏUZU BIRƏBBIN NAS, MƏLIKIN NAS, ILƏHIN NAS, MIN ŞƏRRIL VASVƏSIL XƏNNAS, ƏLLƏZI YÜVƏSVISU FI SUDURIN NAS, MIN ƏL-CINNƏTI VAN NAS. (Ya Məhəmməd!) de ki: Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən şeytanın şərindən, o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, o şeytan ki, cinlərdən də olur, insanlardan da.
Insan xəstələndikdə həkimə müraciət etməli, onun göstərişi ilə müalicə olunmalıdır. Əgər xəstəlik cismani deyil, nəfsi xəstəlik (göz dəymə, cadu, sehr və s.) olarsa, peyğəmbərin etdiyi kimi, müxtəlif duaları etmək lazımdır. Gözdəyməsi və onun müalicəsi ilə maraqlanan oxucularımız əl-Buxarinin Səhih kitabının Kitabul-Tibb (Tibb kitabı) bölməsindən, ibn əl-Qeyyim əl-Cövziyyənin Zadul Mead kitabının Tibbun Nəbəvi (Peyğəmbərin tibbi) bölməsindən və başqa hədis kitablarının tibb bölmələrindən geniş məlumat ala bilərlər.


Tarix: 13.04.2013 / 17:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 636 Bölmə: Maraqlı melumatlar
loading...