Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizcə Qəriblə Deyilmi?

Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa?

Qəribə deyilmi ki, 10 manatı məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük?

Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir?

~:~:~ ~:~:~

Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq?

~:~:~

Qəribə deyimi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimizi roman heç əlimizdən düşmür?

~:~:~

Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün?

~:~:~

Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahni sözlərinisə tez yadda saxlayırıq?

~:~:~ ~:~:~

Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabi Quranda yazılanlara isə bu qədər çətinliklə və gec?

~:~:~

Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün çalışmaqsa istəmirik?

~:~:~

Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil?

~:~:~

Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq?

~:~:~

Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq?

~:~:~

Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır?

~:~:~

Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!" deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir?

~:~:~

Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtim yoxdur" bəhanəsilə aradan çıxır?

~:~:~

Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq?

~:~:~

Qəribə deyilmi ki, bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək?

~:~:~

Sizcə də qəribə deyilmi?


Tarix: 13.04.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqlı melumatlar
loading...