Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA ƏN YAXIN OLANLAR

Möminlərin Cənnətdə Allaha olan yaxınlıqları mənəvi mərtəbələrinə görədir. Allahı ən çox sevənlər Ona ən yaxın oturanlardır. Çünki onlar dünyada ikən ən çox Allaha sevgi və məhəbbət bəsləyənlərdir. Allahın ərşinə ən yaxın oturanlar insanlara qarşı Onun hökmlərini tənzimləyənlər və dəlillərlə dinini qoruyanlardır. Peyğəmbərlər və Siddiqlər də məqamlarına görə Əziz və Rəhim olan Allaha yaxın olarlar. Ziyarətinə gedilən Zat nə böyük, nə uca və nə uludur!

Gözəl izzət və ikramları, üzlərinin hüsnü-camalı və parlaqlığı və ərşin saldığı nur və pərdələrinin parıltısı ilə birgə Cənnətliklərin cəm olduğu o məclisi bir düşün! Sağlam bir ağılla o məclislərini, oturacaq və minbərlərinin parlaqlığını və Rəbblərinin camalını müşahidə etmək zövqünü təsəvvür et! Sənin də bunlara qarşı duyduğun həsrət və arzudan ruhun uçsa belə bu, sənə çox görülməz. Bu, Allahı tanıyan və Onun camalını seyr etmək həsrətində olan hər insanın ən böyük arzusu olduğuna görə sən də bir anlıq bütün bu gözəllikləri yaşayırmış kimi düşünməyə çalış. Bəlkə bu vasitəylə nəfsin səni bunlardan məhrum qoyan hər şeydən və Rəbbinə mənəvi yaxınlaşmağına əngəl olan bütün pis əməllərdən əl çəkər…


Tarix: 13.04.2013 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...