Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YOL VERƏN CƏNNƏT AĞACLARI

Düşün bir anlıq! Rəbbinin lütfüylə dostunla birlikdə irəliləyirsən. Cənnətin ağaclarına yaxınlaşırsınız. Ağaclar meyvələrini silkələyir, qopan meyvələr sizin və digər Allah dostlarının əllərinə düşürlər. Sonra köklərilə birlikdə sizin yolunuzdan çəkilir və siz rahatca yolunuza davam edirsiniz. Səfdə olan bütün Allah dostlarının könülləri yalnız gerçək sevgililərinin camalını seyr etməyin həsrətindədir. Sevinclə irəliləyərlər. Biri-birilərinə dönüb baxar, söhbətləşər, gülüşər, zarafatlaşar və Cənnəti vəd edib və bu vədini yerinə yetirdiyi üçün Rəbblərinə həmd edərlər. Beləcə yollarına davam edərkən bir də baxarlar ki, Allahın Ərşinə yaxınlaşmışlar. Ən gözəl nur və pərdələrini görərlər. Bu andan sonra daha şiddətli sevgi və coşqu ilə atlarını çaparlar.

Hələ bir düşün! Cins atları düzülüşlərini pozmadan par-par parıldayan üzləri ilə üçarlar. Mələklər onları əhatəyə almış Rəbblərinin hüzuruna doğru istiqamətləndirərlər. Nəhayət Allahın Ərşinin dibinə qədər gələrlər. O məkanın genişliyini, nurunun gözəlliyini, parlaqlıq və çəkiciliyini təsəvvür et! Müşk təpələri üzərində sıra-sıra yastıqlar düzülmüş və xalılar sərilmişdir. Onlardan hər biri özünə hazırlanmış yeri tanıyar. Taxtlar Allahın seçilmiş və sevgili qulları üçündür. Özləri üçün hazırlanmış minbərlərə, divanlara, xalılara yaxınlaşıb yaraşıqlı ayaqlarını üzəngidən endirərkən Cənnət əhlinin halını bir düşün! Nəhayət hərəsi öz yerinə yerləşərlər. İnci və yaqutdan hazırlanmış yerlərdə oturan Allah dostlarının nə qədər rahat olduqlarını təsəvvür et! Bu nə müəzzəm bir məqam və nə möhtəşəm bir quruluşdur!
Hər kəs öz məqamında rahatca oturaraq gerçək sevgililərinin sözə başlamasını həsrətlə gözləyərlər. Onlara mənəvi dərəcələrinə görə yerləşdirəcəyinə söz verən Rəbblərinə yaxınlıqda oturan cənnətliklərin nə hiss etdiklərini bir anlıq xəyal et!
-------------


Tarix: 13.04.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...