Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (sav) çox sevənlərin həyatından nümunələr

Əbu Qatadə – radıyallahu anhu – nun Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in miniyindən yıxılmasın deyə onu qorumaq məqsədilə gecə boyunca yanında yeriməsi:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə qarşı hiss edilən sevginin ikinci əlaməti ilə bağlı açıqlamalarımı Ona səmimiyyətlə sevgi bəsləyən bir başqa səhabənin hadisəsini xatırladaraq sona çatdıqmaq istəyirəm. Bu səhabənin bütün qayğıkeşliyi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in rahat və salamatçılığı üçündür.

Mürgüləməyin təsirindən miniyindən yıxılmasın deyə gecə boyunca onunla birlikdə yol getdi. İmam Muslim, rəvayət edir ki, Əbu Qatadə – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bir xütbə ərz etdi və buyurdu: “Sizlər bu axşam gecə boyunca yol getsəniz səhəri suya yetişərsiniz”. İnsanlar da bir-birilərini gözləmədən yola düşdülər. Əbu Qatadə: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə yarısına qədər yoluna davam etdi. Mən də onun yanında idim”. Əbu Qatadə: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – yuxuladı. Miniyindən yana əyildi. Mən onu oyandırmadan düzəltməyə (qaldımağa) çalışdım. Nəhayət miniyi üzərində dik bir şəkildə durdu. Sonra yenə də yolumuza davam etdik. Gecənin çox hissəsini keçmişdik ki, yenə də miniyində mürgüləyərək yana əyildi. Yenə də onu oyandırmadan miniyi üzürində dik dayanana qədər ona dəstək oldum. Sonra yenə da yolumuza davam etdik. Nəhayət səhər vaxtlarının son saatlarında mürgüləyərək əvvəlkindən daha çox yana əyildi. Az qala yıxılmışdı. Ona yaxınlaşdım, düzəlməkdə ona kömək etdim. Başını qaldıraraq: “Bu kimdir” deyə buyurdu. Mən: “Əbu Qatadə” dedim. O: “Nə vaxtdan mənim yanımdasan” deyə buyurdu. Mən: “Bütün gecəni (sənin yanında) gedirəm” dedim. O: “Peyğəmbərini qoruduğun üçün Allah da səni qorusun” deyə buyurdu..(Muslim 1/472, H. 681. )

Subhənəllah! Əbu Qatadə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in rahatçılığı və salamatçılığı üçün nə qədər həris idi? Onu qorumaq üçün bütün gecəni gözünü ondan qırpmadan yoluna davam edirdi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – mürgüləmək səbəbilə hər dəfə dəvəsi üzərindən yana meyl etdikcə o, da onun altında binanın altındakı dəstək kimi ona dəstək verirdi. Buna baxmayaraq belə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in rahatçılığı naminə onu oyandırmırdı. Allah ondan razı olsun! Allah rızası ilə məmnun olsun!


Sad b. ər-Rabi – radıyallahu anhu – nun ölərkən belə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əminlik içərisində olmasını düşünməsi:

Uhud döyüşü! Yaralılardan səmimi bir şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən bir başqa kişi! Nizə, qılınc və ok yaralarından 70 yarası var. Bu dünya və bu dünyada olan ailəsindən, malından ayrılması üçün bir neçə dəqiqəsi vardır. Nəyi düşünür? Onu narahat edən nədir? Bu hadisəni İmam Həkim, Zeyd b. Sabit – radıyallahu anhu – dan rəvayət edir: “Uhud günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Sad b. Rabi – radıyallahu anhu – nu tapmaq üçün göndərdi və dedi ki: “Əgər onu görsən, məndən ona salam söylə və de ki: “Özünü necə hiss edir”. Zeyd – radıyallahu anhu – deyir ki, ölülər arasında dolaşmağa başladım. (Onu tapdım) Son nəfəslərini verirdi. Nizə, qılınc və ox zərbələrindən 70 yarası vardı. Ona: “Ey Sad! Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in sənə salamı var və sənə: “Özünü necə hiss edirsən” mənə bildir deyir. Sad: “Salam Allahın Rəsuluna və Sənə olsun. Ona de ki: “Bu anda Cənnətin qoxusunu alıram. Qövmüm Ənsara de ki: “Onlarda gözlərini qırpacaq qədər gücləri olsa və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bir zərər toxunsa Allah dərgahında heç bir üzürləri qəbul edilməz” dedi və dünyasını dəyişdi. Allahın rəhməti üzərinə olsun!”
(Mustədrək 3/201, Zəhəbi “ət-Təlhis” 3/201, İmam Malik “Muvatta” 2/465-466, İbn Hişam “Siyretun Nəbəvi” 3/29. )

Ənsardan birinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uğrunda özünü fəda edərək – yanağı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ayağı üzərindəkən – ölməsi:

Sıra və tarix kitabları bizlərə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimi bir şəkildə sevən başqa bir kimsədən söz edir. Bu kişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruyaraq özünü fəda etmişdir. Bu dünyadan köçüncə yanağı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ayağı üzəridə idi. Bu hadisə də Uhud döyüşündə baş vermişdir. İmam İbn İshaq – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – müşriklər tərəfindən mühasirəyə alındığı zaman: “Bizə canını satcaq bir kimsə varmı?” dedi. Bu vaxt Ziyad b. Səkən – radıyallahu anhu – Ənsardan beş nəfərlə birlikdə ayağa qalxdı. Bəziləri də bu kişinin Umarə b. Yezid b. əs-Səkən – radıyallahu anhu – olduğunu da söyləyirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısında bir-bir döyüşdülər. Hamısı da onun qarşısında, onun uğrunda öldürüldülər. Nəhayət onlardan sonuncu olan Ziyad ya da Umarə idi. O, da ağır yaralar alana qədər döyüşdü. Müsəlmanlardan bir dəstə (köməyə) gəlinci müşriklər onun ətrafından uzaqlaşdılar. Peyğəmbər: “Onu mənə yaxınlaşdırın” deyə buyurdu. Onu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə yaxınlaşdırdılar. Ayağını başının altına yasdıq kimi qoydu. Yanağı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ayağı üzərində olduğu halda dünyasını dəyişdi”Allahu Əkbər! Nə xoş və nə qədər şirin bir ölüm.
(İbn Hişam “Siyretun Nəbəvi” 3/29,94, Zəhəbi “Tarixul İslam” 174. )


Tarix: 13.04.2013 / 16:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar
loading...