Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ov Iti Və Onun Hökmü

Əgər qurbanlıq heyvanı kəsilən zaman qaçarsa və ya ov zamanı qaçan heyvana Allahın adını zikr edərək atəş açılarsa bu zaman güllə harasına dəyməsindən aslı olmayaraq yeyilməsi halaldı, hətta ölsə də belə. Rafii b. Hədic – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Zul Huleyfə adlanan yerdə idik. Dəvələrdən biri qaçdı. Həmən anda atları olmadığı üçün insanlar onun ardıyca qaçmağa başladılar, lakin yorulub əldən düşdülər. Orada olanlardan biri dəvəyə ox atdı və Allahın izni ilə dəvə dayandı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən bu heyvanlardan bəziləri vəhşiləşərək vəhşi heyvanlara bənzəmişlər. Əgər onlardan hər hansı biri sizə itaət etməzsə onunla bu cür rəftar edin”. Buxari 2448, Müslim 1986.

Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən lələkli ox vasitəsilə öldürülmüş ov quşu barəsində soruşdum o: “Oxun iti tərəfi ilə öldürülmüş şikarı yemək olar, o ki, qaldı oxun saplağıyla vurularaq öldürülmüş heyvana bu – Vakizdir (İti tərəfi olmayan daş, ağac və ya ucu iti olmayan bir şeylə öldürülmüş heyvan. Bu cür əti yemək haramdır “Vaciz” 1/404)”. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ov iti vasitəsilə öldürülmüş ov quşları barəsində soruşdum o: “Sənin üçün ovladığı şeyi yeyə bilərsən, çünki bu kəsilmiş heyvanın hökmündədir. Əgər itinin yanında başqa bir iti də görsən və səndə şübhə yaransa ki, o da sənin itinlə bərabər bu ovda iştirak edib və ov quşunu parçalayıb, onda bu ətdən yemə. Çünki sən Allahın adını yalnız öz itinin üzərində zikr edərək buraxmısan, digər itin üzərində yox”. Buxari 5375, Müslim 3/1529. “Buluq əl-Məram” 1335.
Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi? Həmçinin bu torpaqlarda çoxlu ov quşları olduğu üçün biz oxlar vasitəsilə, həmçinin öyrədilmiş ov itləri və öyrədilməmiş ov itləri ilə də ov edirik. Bunlardan hansını mən yeyə bilərəm”. Peyğəmbər: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin. Sən Allahın adını zikr edərək öz oxun vasitəsilə və öyrədilmiş ov iti vasitəsilə ovladığın ov quşlarının ətini yeyə bilərsən. Həmçinin öyrədilməmiş itin vasitəsilə də ovladığın ov quşlarının ətini də yeyə bilərsə əgər canı çıxana qədər ona çatıb Allahın adını zikr edərək kəssən”. Buxari 5478.
Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə buyurdu: “Əgər itini ova göndərsən Allahın adını zikr et. Əgər it sənin üçün şikarı tutsa və səndə şikara sağ ikən yetişsən onu kəs. Yox əgər sən şikara yetişdikdə şikar (it tərəfindən toxunulmamış) lakin ölmüş görsən, onu ye. Əgər itinin yanında başqa bir iti görsən və şikar ölmüş olsa o, zaman yemə, çünki şikarı hansı itin öldürdüyünü bilməzsən. Ox atarkən Allahın adını zikr et! Bundan sonra sən hədəfi gözdən itirsən və (bir müddətdən sonra) tapdığın zaman şikarın üzərində öz oxundan başqa bir iz görməsən ye onu əgər istəsən. Əgər şikar suda batsa onu yemə”. Buxari, Müslim, “Buluq əl-Məram” 1334.
Adiy b. Hatim – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Əgər sən ov itini Allahın adını zikr edərək buraxsan, o da sənin üçün ov quşlarından ovlayıb öldürsə bu əti yeyə bilərsə. Lakin ov iti macal tapıb şikardan nə isə yesə bu ətdən yemə çünki (bu o, deməkdir ki) o, bunu özü üçün ovlayıb. Əgər ov zamanı Allahın adı zikr edilmədən müxtəlif itlər iştirak edərək şikarı tutub parçalayarlarsa bu əti yemə, çünki sən bilmirsən hansı it şikarı öldürüb. Əgər ov quşunu ox ilə vurub (öldürsən), bir və ya iki gündən sonra onu üzərində öz oxundan başqa bir iz tapmadığın halda görsən onu yeyə bilərsən. Əgər şikarı suda ölmüş tapsan yemə!”. Buxari.
Əbu Sələbə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Oxu atdıqdan sonra şikarı gözündən itirsən və çürüməmişdən qabaq şikarı tapsan yeyə bilərsən”. Müslim, “Buluq əl-Məram” 1336.
Cabir b. Abdullah – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - Qadağan edib bağlı heyvanı öldürməyi”. Müslim, “Buluq əl-Məram” 1342.


Tarix: 13.04.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Maraqlı melumatlar
loading...