Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəngli daş-qaşların mənası

Rənglər yeddi göy qurşağının füsünkar ahəngindən yaransa da çalarlıq baxımından biri digərindən fərqlənir. Göz oxşayan ahəngdarlıq çeşidli olmasına baxmayaraq əsasını ağ və qara rəngdən götürür. İstifadə etdiyimiz və üzərimizdə sevərək daşıdığımız zinət əşyalarımızı bəzəyən daş-qaşların rənglərinə görə mənaların haqda bilirikmi?

Qırmızı – bütün rənglərin ən hərarətlisidir. Qirmızı ehtiraslı sevgini simvolizə edir. Qırmızı Mars rəngidir. Enerji verən, sevgini alovlandıran, dinamiklik gətirən coşğun ehtirası nümayiş etdirir.

Qara – ölüm, torpaq, sabitlik kimi simvolizə edilir. Qara, bəzi mədəniyyətlər ölüm rəmzidir.

Çəhrayı – daimi sevgini simvolizə edir. Ağ və qırmızı rənglərin qarışığından yaranan bu rəng aqresiv sarsıntının aradan götürüməsində yardımçı olur.

Qəhvəyi – rəng yer kürəsinin rəngi kimi simvolizə edilir. Sarı, qırmızı, mavi və digər rənglərin qarışığından alınmışdır. Qırmızı qəhvəyi rəngə praktiki enerji verirsə, beləki sarı və mavi rəng zehni enerjini təmin edir. Rəng ümumiyyətlə insana möhkəmlik, güvənlik və stabilik hissi bağışlayır.

Boz – kədər, təhlükəsizlik, kamillik, kimi simvolizə olunur. Düşüncə və real aləmdən uzaqlaşma kimi vurğulanır.

Narıncı – enerji rəngidir. Sağlamlıq verən rənglərdən biridir. Rəng ruh yüksəkliyi gətirir. Mənfi enerjilərdən uzaq olmaq üçün istifadəsi yaralı hesab olunu.

Qızılı – sərvət, firəvanlıq, yaxşı səhət kimi simvolizə edilir. Günəş şüalarının parıltısını ifadə edən rəng sarsıntının qarşısını alan və mənfi ünsürləri qovan efektivliyini verir. Sarı – müdriklik, sevinc, xoşbəxtlik, intellektual enerji kimi simvolizə edilir. Əminlik və özünə güvən hissi yaratmaqla, müsbət keyfiyyətləri nümayiş etdirir.

Yaşıl – yaxşı həyat, təbiət, məhsuldarlıq kimi simvolizə edilir. Beyin rahatlığı, ürək sıxıntısının qarşısının alınmasında mühüm rola malikdir.

Mavi – gənclər, mənəviyyat, həqiqət, sülh kimi simvolizə edilir. Əsəb sakitliyi, darixdırıcı vəziyyətdən qurtuluş kimi ifadə olunur.

Bənövşəyi – hakimlik, sehir, sirr kimi simvolizə edilir. Rəng özündə digər rənglərlə ahənglik yaratmaqla ətrafına müsbət emossiyanı cəlb edir.

Göy – intuisiya, dərin analiz kimi simvolizə olunur. Dərin düşüncə və xəyal aləminə səyyahət kimi vurğulanır.

Ağ – saflıq, təmizlik, loyalıq, mehribanlıq, xeyirxahlıq kimi simvolizə edilir. Açıqlıq, fikir aydınlığı kimi təqdim olunur.


Tarix: 10.12.2014 / 18:36 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqlı Melumatlar
loading...