Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyriyyəçiliyin qaranlıq üzü

İqtisadi çətinliklərə baxmayaraq hər zaman yardım sevən insanlar tapılır. Onlar ya fiziki imkanları məhdud insanlara, ya hər hansısa bir uşağın əməliyyatına ianə verirlər.

Lakin xeyriyyəçilik ideyasının nə qədər mərhəmətli olmasına baxmayaraq hər şey göründüyü qədər yaxşı deyil. Xeyriyyəçilik təşkilatları, hətta könüllülərinin özləri bilərəkdən və yaxud bilməyərəkdən öz fəaliyyətlərinə maneə olurlar.

“Qalmaqallı” boyük xeyriyyə təşkilatları
Biz böyük maliyyə təşkilatlarının ticarət nişanları üstündə uzun məhkəmə prosesslərində adlarının hallanmasına öyrəşmişik. Lakin xeyriyyə cəmiyyətlərinin də öz ticarət nişanlarını heç kimlə “bölüşmək” fikri yoxdur və onlar bunu mənfəət “mənbəyi” kimi qəbul edirlər.

Sinə xərçənginə qarşı xeyriyyə təşkilatı yaradan Komenin şüarı “həyat naminə”dir. Bu şüardan digər qeyri- mailyyə təşkilatları istifadə etmişdilər. Bu təşkilatlar da xeyriyyə təşkilatlarıdırlar. Deməli, onlar da Komenin etdiklərini edirlər: insanlara kömək edirlər. Burada xeyriyyə təşkilatlarının arasında bir yarışma ola bilməz. Axı Komen insanlıq naminə öz şüarını bu təşkilatlara “bölüşəcək”? Elə deyilmi?

Xeyr, elə deyil. Syuzan Komen onun şüarına oxşayan şüarlardan istifadə edən kiçik xeyriyyə təşkilatlarını məhkəməyə verir. Xeyriyyə cəmiyyətlərinin öz loqotiplərində çəhrayı lentdən istifadə etmələrinə belə, Komen öz intellektual mülkiyyətinin pozulması kimi qəbul edir. Beləliklə, məhkəmədə məğlub olan kiçik xeyriyyə təşkilatları Komenə təzminat ödəməli olurlar. Onlar təzminatı öz pullarında və ianələrində ödəyirlər.
Böyük xeyriyyə təşkilatları məhkəmə proseslərinə külli miqdarda pul sərf edirlər. Lakin onlar bu pulları xeyriyyəyə sərf edə bilərdilər.

Korporativ əməkdaşlıq
Bir sıra böyük xeyriyyə təşkilatarı mənfəət əldə etmək üçün digər şirkətlərlə əməkdaşlıq qururlar. Lakin bu əməkdaşlığın nə qədər düzgün olduğuna və sağlam həyat tərzini təbliğ etdiyinə siz qərar verin.

Bir neçə il bundan əvvəl KFC Komenin təşkilatı ilə əməkdaşlıq edərək “həyat naminə vedrələr” şüarlı məhsullar buraxır və sinə xərçəngi təhlükəsindən xəbər verir. KFC qızardılmış cücə və fast-fud istehsal etməkdə ixtisaslaşır. Fast-fud qəbul etmək nəticəsində piylənmə baş verir. Piylənmə isə öz nöbəsində xərçəngin yaranmasına səbəb olur. Belə şübhəli əməkdaşlıq hallarına çox rast gəlmək olar.

Öz saçlarımızı xeyriyyə naminə qurban veririk
Bir çox insanlar öz saçlarını kəsmək və xeyriyyəyə bağışlamaq haqqında düşünüb. Bu bizə o qədər cəsarətli bir addım kimi gəlir ki…

İnsanların saçlarını qəbul edən xeyriyyə təşkilatına bir ildə 104000 saç gəlir. Lakin onlardan yalnız 20%-i parik düzəltməyə yararlı olurlar. Hesablamalara görə, həmin şirkət 2080 parik istehsal edə bilər. Lakin o, cəmi 317 parik istehsal edir.
Qalan 1763 parikin aqibətindən heç kəsin xəbəri yoxdur!..

Diktatorlar
Bir çox siyasi rejimlər ölkədə baş verən acınacaqlı vəziyyəti ört-basdır etmək üçün saxta xeyriyyəçilik fondu yaradırlar. Və beləliklə, əhalinin inamını qazanır, ya da qərb üçün yaxşı təəsurat yaradırlar.

Əfsuslar olsun ki, bəzi xeyriyyə cəmiyyətləri hər kəsdən ianə qəbul etməyə hazırdılar. Bir zamanlar Tereza Ana xeyriyyəçilik cəmiyyətinin rəhbərliyinin Haitinin başçısı Jan-Klod Düvalyedən ianə qəbul etdiyi kimi. Qeyd edək ki, Haitinin başçısı Jan-Klod Düvalye öz dövrünün ən pis lideri olmuşdu və Tereza Ana cəmiyyətinə ianə etməmişdən əvvəl və hətta korrupsiyada və insan hüquqlarının pozulmasında günahlandırılmışdı.

Direktorların əmək haqqları
Biz düşünürük ki, xeyriyyə cəmiyyətlərinin direktorları Tereza Ana kimidir. Əgər belə olsaydı, biz hamımız onların əmək haqqlarının yüksək olmasını dəstəkləyərdik. Lakin təşkilatların maliyyələşməsinin azalmasına baxmayaraq direktorların əmək haqqları artmağa davam edir.

Terroristik fondlar
Bəzən xeyriyyə cəmiyyətləri terror dəstələrini maliyyələşdirirlər. Belə bir hadisə ərəb xeyriyyə cəmiyyəti ilə baş vermişdi. Həmin cəmiyyət topladığı vəsaitlərə Pakistanda məscid, futbol meydançası və məktəb tikəcəyinə söz vermişdi. Təşkilatın üzvləri aparılan işləri yoxlamağa qərar verdikdə heç nəyin tikilmədiyini aşkarlamışdılar. Təşkilatın vəsaitləri terror dəstəsinin maliyyələşməsinə sərf etdiyi iddia edilirdi. Lakin heç nəyi sübut etmək mümkün olmamışdı.

Heyvanların öldürülməsi
Biz sevimli ev heyvanlarımızı heyvanlar üçün sığınacaqlara etibar edirik. Və elə hesab edirik ki, orada onlara yaxşı baxacaqlar, incitməyəcəklər və öldürməyəcəklər. Lakin bu böyük təşkilatlara aid deyil.

PETA- heyvanlarla qəddar rəftara qarşı bir təşkilatdır. Onun fəaliyyətini bir neçə məşhur insanlar dəstəkləyirlər.

Lakin 2011-ci ildə PETA onların ərazisində yaşayan 96% heyvanı öldürmüşdülər. 2 216 heyvandan 2 124 öldürülmüşdü. Həmin vaxtda bu təşkilat yanız 7 heyvanı insanların himayəsinə vermişdi. Ümumilikdə 11 il ərzində PETA 30000 sağlam ev heyvanını öldürmüşdü.

Korrupsiya
Görəsən insanlar ianə üçün qutuya bir dollar atanda nə fikirləşirlər? Yoxsa onlar bu pula kasıb bir ailəyə bir boşqab şorba alınacağına və yaxud hansısa yoxsul ailənin bir övladına yeni ayaqqabı alınacağınamı ümid edirlər?

Lakin çox az sayda insan bu pulların məmurların cibinə getdiyini və onlara karyeralarında irəliləməyə kömək etdiyini düşünür.

Bu yaxınlarda təşkilatların öz fondlarından yalnız 4% vəsaitlərin xeyriyyəçiliyə sərf etdikləri açıqlanmışdı. Qalan 96% təsisçilərin, işçilərin və hüquqşünasların ciblərinə gedir.

Belə təşkilatlar öz halal yolla qazanılmış pullarını xeyriyyəyə sərf edən insanlara sanki gülürlər.


Tarix: 26.11.2014 / 19:05 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqlı Melumatlar
loading...