Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluqdan xilas edən saat

Bildiyimiz kimi əksər insanlar üçün zəngli saat güclü qıcıqlandırıcı amildir. ABŞ-ın Ceffri Tomson Neyroakustik Araşdırmalar Mərkəzinin alimləri bunu dəyişməyi qərara alıblar.

Məlumata görə, onların işinin nəticəsi «Tranquil Moments» zəngli saatı olub. İstehsalçıların sözlərinə görə, bu saat insanın tez yuxuya getməsinə kömək edir və yuxunun keyfiyyətini yaxşılaşdırır.

Sirr ondan ibarətdir ki, zəngli saat öz arsenalında alfa, delta və teta beyin dalğalarına təsir edən proqrama malikdir. Həmin dalğalar yuxunun fazaları dəyişdikdə bir-birini əvəz edir.


Belə ki, beyin dalğalarına təsir gərgin iş günündən sonra rahatlamağa imkan verir. Saat yuxuyagetmə prosesini sürətləndirən 16 melodiya çalır. Musiqi ya bütün gecə boyu səslənə, ya da 30 dəqiqə ərzində tədricən sakitləşə bilər. Zəngli saata qulaqcıqlar qoşulur ki, bu da qonşularla problemin yaranmayacağı deməkdir.

Qeyd edək ki, bu saat könüllülər üzərində artıq uğurla sınaqdan keçirilib və onun stressin səviyyəsini həqiqətən azaltdığı sübut edilib. Xüsusilə bu, istehsalçıların zəngli saatın klassik siqnallarından imtina etməsi hesabına mümkün olub. Bu siqnalları təbiətdən gələn səslər əvəz edib. Habelə, saatın oyatma möhlətinin 30, 60 və 90 dəqiqəlik funksiyaları var. O qədər də baha olmayan (200 dollar civarında) qurğu hələlik yalnız ABŞ-ın onlayn-mağazalarında satılır.

Bundan başqa hətta onu da qeyd etmək olar ki, aparılan sorğu nəticələrində səhər yuxudan qalxmağa görə xasiyyəti də müəyyən etmək mümkün olub.


Tarix: 26.11.2014 / 12:12 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Melumatlar
loading...