Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ingiltərədə sperma qalmaqalı

İngiltərənin paytaxtı Londonda yerləşən St.Thomas xəstəxanasında həkimlərin diqqətsizliyi bir qalmaqala səbəb oldu.
Xəstəxanada sonsuzluq problemi ilə əlaqədar müalicə olunan 3 qadının yumurtalığının öz ərlərinin yox digərlərinin həyat yoldaşlarının spermaları ilə mayalandırıldiğı ortaya çıxmışdı. Qalmaqalın ortaya çıxması ilə qadınların mülicəsinin təxirə salındığı və dölləndirmənin ləğv olunduğu bildirildi.
Xatırladaq ki, həmin xəstəxanada buna bənzər bir hadisənin 2007-ci ildə də baş verdiyi bildirilir.
Eyni zamanda qeyd edək ki, İngiltərədə hər il 37 000 ailə sonsuzluqla bağlı problemlərdən müalicə olunur.


Tarix: 13.01.2015 / 14:06 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqlı Məlumatlar
loading...