Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

12 yaşlı uşaq qocalaraq öldü

12 yaşlı uşaq qocalaraq ölüb. Tibbdə çox nadir görülən hadisə Türkiyənin Muğla vilayətində baş verib. Nənə və babası ilə yaşayan 12 yaşlı Mehmed Əli Şahin 7 il öncə 8 milyonda bir müşahidə edilən, el arasında "yaşlılıq xəstəliyi" kimi bilinən progeriaya tutulub. Bundan sonra uşağın dərisi 100 yaşlı insanların dərisi kimi qırışıb, sümükləri zəifləyib, onda yaşlılara xas ürək-damar xəstəlikləri müşahidə edilməyə başlayıb. Ən sonda isə onun saçları tamamilə tökülüb. Bütün bu amillər bu gün səhər saatlarında 90 sm boyu, 15 kq çəkisi olan Mehmedin ölümünə yol açıb.

Qeyd edək ki, progeriaya xəstəliyi adətən oğlan uşaqlarında olur. Hələlik bunun səbəbləri bilinməsə də, xəstəliyin genetik olduğu güman edilir. Bu xəstəliyə yoluxan insanların yaşı az olsa da, üzdən yaşlı insana bənzəyirlər. Hələlik xəstəliyin müalicəsi yoxdur. Xəstəlik beyinin inkişafına mane olmasa da, bir ildə insanı 10 yaş qocaldır.


Tarix: 13.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqlı Məlumatlar
loading...