Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri adi xəstənin möcüzəli sağalması

İngiltərənin kütləvi informasiya vasitələri son günlərdə inanılmaz bir möcüzədən bəhs edirlər. Belə ki, ürək, ciyər və böyrək orqanları köçürmə olan və 13 ildir reanimasiya şöbəsində yatan 32 yaşlı Allison John adlı qadın tamam sağalıb hətta o, eyni bu kimi xəstəliklərdən əziyyət çəkən xəstələrə köməklik üçün həkim olmağa qərar verib.
13 il xəstə yatan Allison 3 dəfə ölümə olduqca yaxınlaşsada sağ qalmağı bacarıb. Hətta bir dəfə həkim əminliklə onun 3 gün içərisində öləcəyini bildirmişdir.
Çətin günlər yaşayan Allison müalicə aldığı xəstəxanada həkim kimi fəaliyyətə başlamağa hazırlaşır. Onun digər bir arzusu isə nişanlısı ilə ən qısa zamanda ailə qurmaqdır.
Həmçinin Allisonun bu günədək ürək, ciyər və böyrək orqanları köçürmə olan ilk insan olduğu bildirilir.


Tarix: 13.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar
loading...