Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümün yaxınlaşmasına cavabdeh olan hormon tapılıb

Ölümün yaxınlaşmasına cavabdeh olan hormon tapılıb. Ola bilər ki, əsas öldürücü xəstəliklərdən olan - şəkərli diabet, infarkt, insult, süd vəzi xərçəngi müəyyən hormonun təsiri altında inkişaf edir. Bunu İsveçin Lunda Universitetinin həkimi Olle Melander və onun həmkarları deyir.

Onlar 15 ildən artıq bir müddətdə araşdırmalar aparıblar. Bu çərçivədə onlar 5 minə yaxın insanın müxtəlif xəstəliklərin yaranması sistemini öyrəniblər.

Nəticədə onlar belə qənaətə gəliblər ki, yuxarıda adı qeyd edilən xəstəliklər qan plazmasında proneyrotenzin hormonunun səviyyəsinin qalxması ilə bağlıdır.

Bu hormon mərkəzi sinir sistemi və bağırsaqda olur və amin turşusu peptididir. Normada olan da o doyumluluq hissini tənzimləyicisi rolunda çıxış edir.
Yəni ki, onun sayəsində biz doyduğumuzu hiss edirik. Amma görünür ki, onun artmasının çoxluğu bütün orqanizm üçün həyəcan siqnalı deməkdir.

Proneyrotenzinin orta hesabla 20-30 faiz artması ürək damar xəstəlikləri,xərçəng, şəkərli diabet xəstəlikləri riskini 0,5 dəfə artırır.

Daha bir maraqlı nəticə üzə çıxıb - onun səviyyəsi adıçəkilən xəstəliklərin hər hansı birinin inkişafından iki il öncə onun səviyyəsində artım başlayır.
Yəni ki, onun bu hormonunun artımı ölümün yaxınlaşmasının xəbərçisidir.

Melanderin sözlərinə görə, bu hormonun səviyyəsini bilməklə ömrü uzatmaq olar.


Tarix: 09.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Məlumatlar
loading...