Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bıçaqsız beyin əməliyyatı

Beyin-damar xəstəlikləri diaqnozun düzgün qoyulmasından çox asılıdır. Çünki, dəqiq diaqnoz təkcə beyin-damar xəstəliklərini deyil, istənilən xəstəni düzgün müalicə etməyə kömək edir.
Bəzi vaxtlar beyin qanaxması olan xəstələri müalicə etmək asan olmurdu. Artıq ETT-i və texnoloji inkişafın nailiyyətləri hər sahədə olduğu kimi səhiyyə sahəsində effektiv üsulların tətbiqini genişləndirir. Həmin üsullardan biri bıçaqsız beyin əməliyyatlarıdır.
Bu əməliyyatlar sayəsində kəllə sümüyü açılmadan beyində müxtəlif əməliyyatlar edilir. Nəticədə beyin damarlarının tutulmasının, qanaxmanın, beynə qansızmanın qarşısını almaq olur. Məlumata görə Antalyada beyin qanaması keçirən 2 xəstə endovaskulyar üsulla əməliyyat olunub və sağlamlıqlarına qovuşub.
Bu əməliyyatı həyata keçirmək üçün bud arteriyasında deşik açılır: "Bu deşik vasitəsilə aortaya yuxarı və aşağı istiqamətlərdə girərək, lazım olduqda beyincik arteriyası içində qıl nazikliyində mikrokateterlər deyilən trubkalarla oradakı anemiziya və ya patologiyanın içərisinə daxil olunur. Həmin mikrokateterlərin içərisindən anemizma deyilən kisəciyin, baloncuğun içərisinə girdikdə bu mikrokateterlərin içindən göndərilən platiumdan düzələn mikro-spirallar ilə kəllə damar anevrizmaları (baloncuqlar) bağlanılır. Baloncuğun bağlanmasını damar daxilində kəllə sümüyü açılmadan bu şəkildə həyata keçirmək olur. Bu halda anevrizma dediyimiz kisəcikləşmə, damardakı baloncuqlaşmanın qarşısı alınır və xəstənin qanaxması olmur. Bu vaxt həyata keçirilən bütün əməliyyatlar, mərhələ mərhələ angioqrafiya cihazı tərəfindən müşahidə edilir. Bununla da xəstənin ölümünün qarşısını almaq olur.


Tarix: 08.01.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...