Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz özünü sağalda bilən əzələ

Məlumata görə elm adamları, laboratoriya mühitində öz özünü sağaldan əzələ inkişaf etdiriblər.
Duke Universitetinin laboratoriya mühitində hazırlanan bükülə bilən əzələ toxumaları, inkişaf etməmiş kök hüceyrə hovuzu içərisində gözlədilərək əldə edilib.
Aparılan tədqiqatda əzələ toxumalarının siçanlar üzərində sınandığı da deyilir. Həmin əzələ toxumaları kök hüceyrələrindən istifadə edərək özünü bərpa edirmiş.
Tədqiqatda iştirak edənlərdən Nenad Bursac, genetik mühəndislik nəticəsində əldə edilən əzələ toxumasının yeni dünyaya gələn körpədə olan əzələyə oxşadığını bildirib. Kök hüceyrələr, qandan sümüyə, sinirdən dəriyə hər cür hüceyrəyə çevrilmə xüsusiyyətinə sahibdir.
Laboratoriya mühitində inkişaf etdirilən əzələ toxuması, ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.
Bu məlumat "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.


Tarix: 08.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar
loading...