Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Məzar görmək

Yuxuda təzə məzar görmək o deməkdir ki, kiminsə namussuz hərəkəti sizə ağır əzab verəcək və ya bu yuxu sizi gözləyən təhlükəyə işarədir. Məzar haqqında yuxu xoşagəlməz hadisələr və xəstəliklərə işarədir. Yuxuda məzarlar arasında gəzmək uğursuz evliliyə işarədir. Boş məzara baxmaq yaxınlardan kiminsə itkisinə işarədir. Yuxuda öz qəbrini görmək sizə qarşı qurulan tələyə işarədir. Yuxuda qəbir qazmaq rəqiblərinizi məhv etməyə hazır olduqlarına işarədir. Lakin yuxuda quyunu qazıb qurtarmağa müvəffəq olmusunuzsa, real həyatda onları ötüb-keçəcəksiniz.Yuxuda məzarın qazıldığını və meyitin itidiyini görmək axmaq xəbərlər alacağınıza işarədir. Yuxuda qəbiristanlıqda, açıq məzarda gecələmisinizsə, bu, dostların itkisi və sevgilinizin sizdən soyumasına işarədir. Bəzən yuxuda məzar işlərdə xoşagəlməz hadisələrə işarədir. Köhnə məzar təhlükəli xəstəlik və ölümə işarədir. Yuxuda məzarların üstünə həkk olunan yazıları oxuyursunuzsa, bu, pis əlamətdir.

Yuxuda tabut daşıyan matəm yürüşü görürsünüz. Yaxınlaşırsınız və dəhşət içində tabutun üzərində sizin adınızın yazıldığını görürsünüz. Ayıqlıqda bu dəhşətli yuxu təkcə öz vərdişlərinizi deyil, həyat tərzininzi də dəyişməli olduğunuzun vacib olduğu deməkdir. Ç ünki yaş ötdükcə, insan dəyişməlidir. Boş qəbir daxili bokşluq və mənəvi ağırlığı simvolizə edir.Əgər yuxuda matəm yürüşündə gedirsinizsə və tabut daşıyırsınızsa, bu ayıqlıqda sizin yaxın adamınıza çoxlu fəalkət və bəla gətirən xoşagəlməz hərəkətə yol verdiyinizi göstərir. Tabutun qapağını səylə mıxladığınızı görmək həyatda öz nöqsan və zəifliklərinizdən var gücünüzlə can qurtarmağa çalışmağınız deməkdir. Yıxılmış qəbir yaxşı əlamətdir. Qoruyucu mələyiniz sizə təhlükəsli fəlakətdən xilas olmağa kömək edəcək. Torpaqla örtülmüş məzar heç nə ilə müqayisə olunmaya qorxunc şərdir.

Yuxuda öz qəbrini görmək taleyinizi heç də yaxşı olmayan istiqamətə dəyişəcək sarsıntı, qeyri-adi olaylardan xəbər verir. Bir neçə məzar görmək qarşıda sizi xoşagəlməz hadisələr zənciri gözləməsindən xəbər verir ki, onların hər biri sizin öz qüvvənizə inamı daha da zəiflədəcək və yalnız dualar ümidlərinizi geri qaytara bilər. Atılmış, baxımsız qəbir çaşqınlıq, daxili boşluq, həyat istiqamətinin itirilməsi, qüssə və məyusluq deməkdir və müdrik və həmdərd insanla tanışlıq bütün bunlara son qoyacaq.


Tarix: 02.03.2014 / 23:04 Müəllif: Ebulfez Baxılıb: 559 Bölmə: M hərfi
loading...