Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı məntiqi suallar...

1. Buraxılmış ədədi tapın.
7 10 ? 94 463

2. N kişi və N qadını neçə üsulla dəyirmi stol arxasında oturtmaq olar ki, bir cinsdən olan 2 nəfər bir-birinin yanına düşməsin?
3. “Başlanğıc “ sözünün antoniminin əksi əcnəbi bir dildə tələffüz orqanlarından birinin adıdır. O, hansı sözdür?
4. 1955-ci ildə o “Gələcəyi xəbər vermə“ kitabını nəşr etdirir. 4 ildən sonra onun ilk xəbəri baş verdi. Bir çoxları onun cadugar olduğundan şübhələndilər. O kimdir?

5. Yunanca “məktəb” sözü nə deməkdir?
6. Böyük Hun Türk imperiyasının hökmdarına kimlər Atilla adını vermişlər və bu adın mənası nədir?

7. Onun skripkada çalmağı o qədər virtuoz idi ki, müasirlərinin çoxu onun qəlbini şeytana satdığını güman edirdi. Eyni zamanda o, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərinin talantlı bəstəkarı idi.. O, kim idi?
8. Prometey Allahlardan nə oğurlayıb?
9. Canlı heyatın Yer planetində yaşı təqribən nə qədərdir və ilk canlılar nə ilə nəfəs alırdılar?
10. Qurbağa qonaqlıq edirdi. Tülkü ayıdan tez gəldi. Canavar dovşandan sonra, ayı dovşandan əvvəl, qarğa qurddan gec gəldi. Ən tez gələn kim idi? Qonaqlar hansı ardıcıllıqla gəlmişdilər?


Tarix: 08.12.2014 / 15:20 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Məntiq və IQ
loading...