Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahzadə məscidi

Şahzadə məscidi (türk. Şehzade Camii və ya türk. Şehzade Mehmet Camii ya da türk. Şehzadebaşı Camii olaraq da tanınır) — İstanbulun Şahzadəbaşı ərazisində Memar Sinanın inşa etdiyi məsciddir. Qanuni Sultan Süleymanın əmrilə Saruhan valisi ikən 1543-cü ildə, 22 yaşında ölən oğlu Şahzadə Mehmetin şərəfinə bünövrəsi qoyulmuşdur. Məscid 1543-1548-ci illər ərzində Memar Sinanın layihəsi əsasında tikilib başa çatmışdır. Memar Sinan bu camii haqqında "Şagirdlik əsərimdir" deyə bəhs edib.

18,42 metrəlik qübbəsi 4 böyük yarımqübbəyə söykənib. Şadırvan avlusuda 12 sütun üzərində 16 qübbə ucaldılıb. İki şərəfəli cüt minarəsi vardır. İmarət və mədrəsə, tabxanə, türbələr caminin baxçasında və arxa küçədə yer alıb.

Şahzadə türbəsinin içi rəngarəng çinilərlə doludur. Ortadakı sanduka Şahzadə Mehmetə, onun sağındakı Şahzadə Cahangirə, solundaki isə Hümaşah Sultana aiddir. Şahzadə türbəsinin sol tərəfində Rüstəm Paşanın türbəsi yerləşib. Digər şəhzadə türbələri Vəfa tərəfindədir. Bayırdaki avluda Parqalı İbrahim Paşa ilə Dəstari Mustafa Paşanın türbələri vardır.


Tarix: 26.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Məscidlər
loading...