Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Əhməd camisi

Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir. Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır. Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdandan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Caminin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi qübbənin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Caminin içi 200'dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları Diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk camisidir.


Tarix: 26.02.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 496 Bölmə: Məscidlər
loading...