Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidül-Həram

Məscidül-Həram (ərəb. المسجد الحرام‎‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib.

Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır.

Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır.

Ümrə və həcc ziyarətinin rüknü olan səy[1] əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.

İstinadlar
↑ "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir". (Bəqərə surəsi, 158)


Tarix: 26.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Məscidlər
loading...