Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxarı Gövhərağa məscidi

Yuхarı Gövhərağa məscidi — Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.Mündəricat
1 Tarixi
2 Layihəsi
3 Mənbə
4 Həmçinin bax


Tarixi

Poçt markası (1997).

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Layihəsi

Yuxarı Gövhərağa məscidi, Şuşanın işğalından öncə. 1980-cı illərə aid olan şəkil

Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti mdeyalarındandır. Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhənz daşı ilə olsa da, onun zövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Əsasən onlar Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.


Tarix: 25.02.2013 / 22:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Məscidlər
loading...