Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vənənd məscidi

Vənənd məscidi — Ordubad şəhərində, eyni adlı kəndin ərazisində orta əsrlərə aid tarixi memarlıq abidəsi.

1324/25–ci illərdə tikilmişdir.Düzbucaqlı formada olan məscidin sahəsi təqribən 375 kv.metr, hündürlüyü 7 m-dir; günbəzlidir. Məscid bir neçə dəfə bərpa olunmuş, 17-ci əsrin əvvəllərində ona böyük bir bina əlavə edilmişdir. Cümə məscidinin ilkin binası hazırda onun şimal qərb küncünü təşkil edir.Bu hissəyə qərb fasadından açılan qapıdan girmək mümkündür.Qapı yerinin çatmasında iri nəsx xəttilə farsca kitabədə "Yeddi yüz iyirmi beşinci ildə (1324-25... yarandı" yazılmışdır. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa etmişdir. Bərpa zamanı şimal tərəfdəki tağın üzərində fars və ərəb dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir. Kitabəni ilk dəfə rus şərqşünası, tarixçi, etnoqraf və diplomat N.V.Xanıkov fransız dilinə tərcümə etmişdir.


Tarix: 25.02.2013 / 22:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Məscidlər
loading...