Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səndən Mənə Bir ömürlük Xatirə

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də: daş üstə daş bitirəm,

Niyə uçdu bu qalaçiq, nə bilim...

Damağımda bal sevdanın turş adı...

Uşaq ağlım inadım qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, - dedi, - ancaq: "nə bilim!"

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim...


Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 175 Bölmə: Məmməd Araz
loading...