Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizə gəlmişdi xocalı
Bizə gəlmişdi xocalı

Başına yığıb ölü şəhərlərin ruhunu,
“Ölüm gününü”
bizdə keçirməyə gəlmişdi Xocalı.

Yumağa dönmüş canımla:
-Xoş gəldin!-dedim ulu ruhlara.
-Xoş gəldin!-dedim ölü ruhlara.

Ürətimdən çox şey keçdi,
əlimdən bir şey gəlmədi.
Bir qazan xörək bağladım adına
bu cümə günü.
Nə o yedi dövrəsinin ruhlarıyla,
nə mən daddım yanmış dilimlə.

Biz hələ də
dünyanı topa qoyası dərdimizlə
hansısa bir çarxın
başına fırlanmaqdaydıq.

...Məni tək buraxma!
Dişlərim şaqqıldayır,
üşüyürəm, Xocalı!
Novruza nə qədər qalıb?


Tarix: 04.06.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Məlahət Yusifqızı
loading...