Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süfrə mədəniyyəti haqqında ilkin məsləhətlər

Əvvəlcə qeyd edim ki, istər restoranda, istərsə də kababçıda yemək yediyiniz zaman süfrə mədəniyyəti restoran ilə deyil, məhz sizinlə bağlıdır. Süfrə sadə olsa da, ofisiant xidmət ədəbini bilməsə də süfrə mədəniyyəti qaydaları hər şəraitdə uyğun şəkildə istifadə edilərsə restoranda sizə verilən xidmət sizi qane edəcək. Bunun üçün aşağıda qeyd edilən ilkin qaydalara əməl etmək kifayyətdir:

Masada yerləşdirilmiş parça salfet yeməyə başlamadan əvvəl ayaqların üzərinə yumuşaq bir şəkildə sərilər. Yemək zamanı xüsusilədə içki içmədən əvvəl tez-tez istifadə olunar. Ancaq ağız bu parça salfetlə silinməz. Ağız silmək üçün kağız salfet istəmək daha düzgündür. Süfrədən qısa müddətə durduğunuz zaman parça salfeti stula qoyun, bu zaman ofisiant sizin geri qayıdacağınızı bilər. Yemək qurtardıqdan sonra salfeti qırış şəkildə bükmək və ya yemək boşqabına qoymaq əvəzinə səliqəli formada qatlamaq və sol tərəfə qoymaz lazımdır.
İçkilər üçün içki menyusu alınar və içki sifariş edilər. Menyuya baxdıqdan sonra əvvəlcə qadınlar sifariş verər.
Süfrəyə gələn şərab onu sifariş edən müştəri tərəfindən sınandıqdan sonra əgər uyğun bilərsə bütün qonaqlara sevis edilər.
Boşqabların üst tərəfinə yerləşdirilən kiçik qaşıq desert qaşığıdır. Üst-üstə yerləşən boşqablardan birincisi salat boşqabı, sonra qəlyanaltı boşqabı və sonuncu əsas yemək boşqabıdır.
Yeməyə ancaq və ancaq hər kəsə servis edildikdən sonra başlamaq lazımdır. Əgər sizin yemək birinci gələrsə, digər qonaqlar israr etsə də, ya da yeməyiniz soyusa belə yeməyə başlamayın. Yeməyin soyumağı problemdirsə, o zaman yeməkləri bir yerdə servis etməyi ofisiantdan xahiş edin.
Yemək yeyən zaman çəngəl sağ əllə tutular. Bıçaq istifadə edən zaman bıçaq sağ, çəngəl isə sol əldə tutular. Yeməyə fasilə verdiyiniz zaman çəngəl və bıçaq saat əqrəblərinin 19:20-də dayanma formasına uyğun şəkildə boşqaba qoyulmalıdır. Süfrədən qalxdığınız zaman çəngəl və bıçaq heç bir vaxt təkrar şəkildə süfrəyə qoyulmamalıdır və yaxud kürək şəklində uc hissəsi boşqabda və sapı masada buraxılmamalıdır.
Əgər çörək bütöv haldadırsa, heç bir zaman dişlənməz, tikə şəklində qoparılar. Çörək yemək boşqabının kənarında deyil, çörək qabında saxlanılar. Əgər qabda son çörək dilimi qalıbsa, əvvəlcə qonaqlara təklif edilər, sonra götürülər.
Yeməklər ofisiant tərəfindən sol tərəfdən servis edilər. Boşqablar sağ tərəfdən yığılar.
Duz və bibər qabından biri tələb olunduqda hər ikisini uzatmaq lazımdır. Yeməyin dadına baxmadan duz və ya bibər əlavə etmək olmaz.
İçki qədəhləri boyun hissəsindən tutular. Solda yerləşən qədəh su, sağdakı isə şərab üçündür
Yemək yeyən zaman ətrafdakı insanlara, ofisianta qarşı mehriban olmaq lazımdır.
Yuxarıda sadaladığımız süfrə mədəniyyəti qaydaları təbii ki əvəz olunmaz, son qaydalar deyildir. Lakin ləzzətli və xoş bir yemək üçün bu qaydalara əməl etmək vacibdir.


Tarix: 09.12.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...