Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tom dayının daxması (roman)

Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun quldarlıq əleyhinə yazdığı romanıMündəricat
1 Məzmunu
2 Nəşri
2.1 Azərbaycanca
3 İstinadlar


Məzmunu

Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır.

Nəşri

ABŞ-da quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-ın cənubunda "abolsionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sırz cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar[1].

Azərbaycanca

Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir[2]. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur


Tarix: 16.03.2013 / 13:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 694 Bölmə: Kitablar elm
loading...