Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübariz cəsarəti (kitab)

Mübariz cəsarəti kitabı — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010) elan olunmuş Mübariz İbrahimov haqqında kitab.

Kitabın redaktoru "Qızıl qələm" mükafatı laureatı Araz Yaquboğludur.

Kitabın annotasiyasında oxuyuruq: - Maarif Köçkün oxucuların görüşünə dördüncü dəfə “Mübariz cəsarəti”, “Xocalı ağlayırdı”, “Nə gözəl anlar idi” və “Hayıf o, gözəl çağlar” adlı poemaları və vətənpərvərlik şeirlərinin cəm olunduğu “Mübariz cəsarəti” adlı bu kitabla gəlmişdir. Əsl vətənpərvər şairin şeirlərinin əvvəlki kitablarındakı əsərləri kimi sevilərək oxunacağına inanırıq.

Kitabdakı şeirlərdən bir nümunə.

Mübariz

Dözmədi dözülməz ağrıya, dərdə,
Keçilməz sədləri keçdi Mübariz.
Girdi düşmənlərin səngərlərinə,
Xoflu rəzilləri biçdi Mübariz.

Yenilməz surəti gözümüzdədi,
Adı dilimizdə sözümüzdədi.
Sönməz bir günəşdi, qəlbimizdədi,
Demərik dünyadan köçdü Mübariz.

Xar etdi düşmənin, alçatdı yadın,
Öyün belə oğul yetirən qadın.
Uçaltdı yurdunun, xalqının adın,
Vüsal şərbətini içdi Mübariz.

Köçkünün şeirində gəzir şöhrətin,
Elləri dolanır adın, qeyrətin.
Düşmənə göstərdi xalqın qüdrətin,
Şəhidlik yolunu seçdi Mübariz.


Tarix: 14.03.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Kitablar elm
loading...