Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlin (kitab)

"Gəlin" - Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu.

Məzmun

Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir.

Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur.

Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Tarix: 14.03.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Kitablar elm
loading...