Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan ISMN agentliyi

ISMN (International Standard Music Number) - ingilis dilindən tərcümədə "Beynəlxalq standart musiqi nömrəsi" deməkdir. ISMN musiqi kitablarının beynəlxalq miqyasda kodududur. Bu kod kitabın çap olunduğu bölgə və nəşriyyatı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllifin adı və yalnız ona aid olan ISMN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISMN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.

Hal-hazırda 13 rəqəmli ISMN kodundan istifadə edilir. Hər ISMN kodu soldan sağa oxunuşda dörd hissədən ibarətdir: Musiqi ədəbiyyatı sənayesini xarakterizə edən rəqəm, konkret nəşriyyata aid edilən rəqəm, konkret kitaba aid edilən rəqəm (kitab identifikasiyası) və yoxlama rəqəmi.

Misal: ISMN 9790-03452-4680-5 (qruplar arasnda defis qoyulur və ya məsafə buraxılır). Burada 9790 - musiqi ədəbiyyatı sənayesini bildirən perfiks, 03452 - nəşriyyat perfiksi, 4680 - kitab identifikasiyası, 5 - yoxlama rəqəmidir.

Azərbaycan Respublikası nın ISMN agentliyi Xəzər Universitəsi Nəşriyyatı dır. Azərbaycan Respublikası milli ISMN agentliyinin direktoru Zakir Nəbiyev Yusif oğludur (Zakir N. Yusifoğlu). Bütün nəşriyyatlar nəşrə hazırladıqları musiqi kitabları, musiqi notları və musiqi ilə əlaqəli digər nəşrlər üçün ISMN kodunu ölkənin ISMN agentliyindən almalıdırlar. Kodlar tək-tək, 10-luk və ya 100-lük toplusu şəklində alına bilər.


Tarix: 13.03.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Kitablar elm
loading...