Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Kitabi-Dədəm Qorqud" aşiqi

Qorqudşünaslığın banisi H.F. von Diezin anadan olmasının 250 illiyinə, von Diezin "Kitabi-Dədəm Qorqud" dastanı haqqında araşdırmalarına və əsərin Berlin variantı üzərində apardığı işə həsr olunmuş kitab. Tərtibçiləri Dr. H. Achmed Schmiede, Prof. Dr. Süleyman Əliyarlı və Dos. Roza Arazova, redaktoru Hamlet İsaxanlı olan bu kitab 2002-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür. Həmin dövrdə Xəzər UniversitetindəH .F. von Diezin anadan olmasının 250 illiyinə həsr olunmuş elmi konfrans da keçirilmişdir.Mündəricat
1 H.F. von Diez haqqında
2 H.F. von Diez və Təpəgöz boyu
3 H.F. von Diez və Ali Aziz Efendi
4 H.F. von Diezin "Berlin nüsxəsi"
5 Biblioqrafik arayışlar
6 Həmçinin bax
7 İstinadlar
8 Xarici keçidlər


H.F. von Diez haqqında

Kitab H. Achmed Schmiedenin yazdığı "Türk Mədəniyyətinin Bilgin Aşığı Heinrich Friedrich von Diez (1781-1817) 250 ıl Pnce Doğdu" məqaləsi ilə açılır. Türkiyə ləhcəsində qələmə alınmış məqalə geniş əhatəyə malikdir. Prussiya kralı 2-ci Friedrich ("Böyük Fridrixs") və onun Osmanlıya önəm verən siyasəti və 1784-cü ildə von Diezin Ostanbula səfir (elçi) təyin olunması haqqında məlumat verilir. 1790-cı ildə geri çağırılan vən Diez Türk dostu və Şərq mədəniyyətini, xüsusilə türk xalqları mədəniyyətini mənimsəmiş, şərq əlyazmaları və şərqə aid kitablara sahib bir insan idi. von Diez türk-alman dilləri üzrə tərcüməçi kimi də fəaliyyət göstərirdi.

H.F. von Diez və Təpəgöz boyu

von Diez Qabusnamə, türk atalar sözü kimi mövzular üzərində aradırmalar aparırdı. Sonuncuda o, elmdə ilk dəfə "Kitab-i Dədəm Qorqud" haqqında məlumat verdi və "Təpəgöz" boyunu almancaya çevirdi. Böyük alman şairi və mütəfəkkiri Goethenin "Qərb-Şərq Divanı"nı yazarkən istifadə etdiyi və ilham aldığı qaynaqlardan biri məhz von Diezin əsərləridir.

Kitabda von Diezin almancaya çevirdiyi həmin mətn və ərəb yazısı ilə "Kitab-i Dədəm Qorqud"un Diez tərəfindən çıxarılmış surəti verilir.

H.F. von Diez və Ali Aziz Efendi

Kitabda von Diezin Osmanlı böyük elçisi Ali Aziz Efendi ilə yazışması, məktubların ərəb yazısı ilə fotofaksimiləsi və Ali Aziz Efendinin portreti verilir.

H.F. von Diezin "Berlin nüsxəsi"

Berlin Dövlət Kitabxanasında üzə çıxardığı "kitab-i Dədəm Qorqud" əlyazmasından von Diezin öz əli ilə yazdığı mətnin faksimiləsi ("Berlin nüsxəsi", ərəb yazısı ilə) kitabın həm önəminə. həm həcminə görə mühüm hissəsidir.

Biblioqrafik arayışlar

von Diez və onun Prussiya kitabxanalarında qalan irsi haqqında məqalə (Curt Balcke), von Diezin öz kitabxanasındakı əlyazma kitabları və bir sıra biblioqrafik arayışlar da kitabda xüsusi yer tutur.


Tarix: 13.03.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Kitablar elm
loading...