Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa

İsa (ivritcə יֵשׁוּעַ Yeşua) – xristianlıqda Allahın bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar və s. adlanır. İslamda 5 ulul-əzm peyğəmbərdən biridir.Mündəricat
1 Bibliyada İsa Məsih haqqında
2 Apokfirik incillərdə İsa haqqında
3 Quranda Məryəm oğlu İsa haqqında
4 Başqa dinlərdə İsa haqqında
5 Həmçinin bax
6 Mənbə


Bibliyada İsa Məsih haqqında
Əsas məqalə: İsa Xristianlıqda

İsanın yerdəkı həyatı, ölümü, dirilməsi, meracı əksərən kanonik və apokrifik incillər verirlər. Onun doğulması Cəbrail vasitəsilə Bakirə Məryəmə qabaqcadan xəbər verilir. Məsih Padşahı kimi Davud sülaləsinin varisi olan İsa Beytləhmdəki pəyədə doğulur. İsanın formal atası Yusifdir. Mələklər və möcüzəli ulduzla istiqamətləndirilmiş çobanlar və münəccimlər İsanı salamlamaq üçün gəlirlər. Qırxıncı gündə İsanı Allahı qəbul edən Simeon qarşılayır. İsa Dağüstü vəzi söyləmiş, on iki həvari seçir. İsanın möcüzələri arasında xəstələrə şəfa verməsi, korların gözlərini açması, ölüləri diriltməsi, suyu şəraba döndərməsi, su üstündə gəzməsi, tufanı ram etməsi, beş min adamın beş və ya yeddi çörəklə doydurması, adamdan cinlərin qovulması və s. Lakin İsaya inanmayan Onun doğum Nazaret şəhərində O, heç bir möcüzə yarada bilmir. Pasxa bayramından qabaq dişi eşşəyə minmiş İsa təntənə ilə Yerusəlimə gəlmiş, məbəddən alverçilər və qurban heyvanları satan ticarətçiləri qovur. Sinedrion İsanı mərasim qaydaları pozan və yəhudiləri romalılar ilə ara vurmaq bilən kimi onu romalılara satır (çünki Sinedrion işğal edilmiş ölkədə edama məhkum etməyə bilməmişdi). Bundan sonra İsa on iki həvari ilə sirli Pasxa şamını təşkil edir və Özünün ələ veriləcəyini qabaqcadan xəbər vermiş, həvarilərə Öz bədənini və qanını təmsil edən çörək və şərabla yevxaristiya mərasimini təsis edir. Sonra Yəhuda İskariotla istiqamətləndirilmiş silahlı dəstə gəlir. İsanı öpərkən Onu otuz gümüş pula satmış Yəhuda dəstəyə məqsədi göstərir. Pyotr silahlı müqavimət göstərməyə çalışmış, qılıncla qulun qulağını kəsir. Onu dayandırmış İsa qulu sağaldır, lakin İsanı tuturlar. Sinedrionda İsa öz Məsih titulunu təsdiq edir və səhərdə onu Ponti Pilata gətirirlər. Pilat İsadan Özünü yəhudilərin padşahı sayıb-saymadığını soruşur və İsa bunu təsdiqləyir. Adətə görə Pasxa bayramı vaxtında məhbuslardan biri əfv edilə bilirdi. Pilat İsanı azad etməyi təklif edir, lakin izdiham onun əvəzində qatil Barabbanı görmək istəyir. Buna görə İsa əvvəlcə şallaqlama, sonra çarmıxa çəkilməyə məhkum edilir və Öz çarmıxını edam yerinə (Qolqofaya) qədər aparır. Çarmıxın ağırlığına dözməmiş İsaya naməlum Kirineyalı Şimon kömək edir. Yəhudi adətinə görə həssaslığı zəifləyən İsaya içkini təklif edirlər, lakin O onu qəbul etmir. Çarmıxa çəkilmiş İsanın əziyyətləri təqribən altı saat davam edir. Onun ölümü günəş tutulması, Yerusəlimdəki məbəddə pərdənin cırılması və zəlzələ ilə nəticələnir. İsa öldükdən sonra Onun şagirdləri yas tuturlar. Lakin üçüncü gündə O dirilir və bir çox möminlərə görünür. Həvari Pavel bu haqda belə yazmışdır: "Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü..."[1]

Apokfirik incillərdə İsa haqqında

Bibliyaya daxil olmuş dörd Müjdədən fərqli olaraq, apokrifik incillərə İsanın uşaqlığı haqqında mözücələrlə dolu rəvayətlər daxildir. Bir misal kimi, eramızın II əsrində yazılmış “Foma İncili” İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.[2]

Apokrifik incillərdə İsanın ölümü haqqında yazılanlar da Bibliyadakı hekayədən fərqlənir. Eramızın II əsrinə aid olan Basilid incilində İsanın ölümü xəbərinin həqiqətə uyğun olmaması iddia edilirdi. Vasilidə görə, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görsənmişdir və xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir, onun yerinə başqa bir adam edam olunmuşdur.[3] Bu cür fikirin əks olunduğu II əsrə aid olan "Böyük Sifin ikinci risaləsi" adlı apokrifik İncil Misirdə tapılmışdır. Başqa apokrifik incillərdə İsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir olunur. Onun hətta bir qadınla evlənməsi haqqında işarəlarə də rast gəlmək olar.


Tarix: 12.03.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 683 Bölmə: Kilseler
loading...