Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Oğlu

Qədim Şərq semantikasında bu ifadə ya səmavi varlıqlara, ya da Allahın qərarı ilə hökm sürən padşahlara işarə edirdi.[21] Baş kahinin İsaya verdiyi sual yəhudilərin Məsihi Allahın Oğlu adlandırdıqlarını təsdiq edir: “İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»”[22] Lakin İsanın dediyindən bəlli olur ki, O, "Allahın Oğlu" dedikdə təkcə Məsih olduğunu nəzərdə tutmayıb, bundan üstün bir əlaqədən bəhs etmişdir.[23] İsa Allah-Taalanı bütün bəşəriyyətin qayğıkeş atasına bənzətməklə yanaşı, Özü Allaha tez-tez “Atam” deyərək, Allahla sirli bir əlaqəsindən bəhs edirdi. Yəhyanın İsanı İlahi Kəlam[24], İbrahimdən əvvəl var Olan[25] adlandırması daha üstün bir mənada “Allahın Oğlu” olduğuna işarə edir. Xristian kilsəsinin İsanı ilahi-bəşəri Şəxs kimi qəbul etməsinə səbəb olan amillərdər biri də budur.


Tarix: 12.03.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Kilseler
loading...