Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Xilas” məfhumu təkcə gələcəyə aid deyildir, lakin keçmiş, indiki və gələcək olmaq üzrə zamanın üç ö

Ümumiyyətlə, Əhdi-Cədid “günahdan xilas olmaq”dan bəhs edir.[23] Lakin bu bəhs heç də bütün xristianlar tərəfindən eyni cür başa düşülmür. Xilası bəsit şəkildə cəhənnəm əzablarından canını qurtarmaq mənasında başa düşənlərlə yanaşı, bəşərin İlahi təbiətinə şərik olması olaraq dərk edənlər də vardır. Qərb kilsəsində xilas daha çox günah və cəza kimi hüquq anlayışları ilə nəzərdən keçirilir. Katolik kilsəsində xeyirli işlər son dərəcə önəmli sayılır, insanın şəxsi imanına xüsusi əhəmiyyət verən protestant məzhəblərində isə əksinə “əməllərlə deyil, Allahın lütfü ilə, imanla” xilas olmaq təlimi əsas götürülür, “cəhənnəmdən xilas olub cənnətə getmək” bəsit teologiyasına daha çox rast gəlinir. Katoliklərin xeyriyyə fəaliyyətləri, habelə protestantların şəhadətə və Müjdəni yaymağa üstünlük vermələri bununla izah oluna bilər. Şərq kilsəsində (Pravoslav və b.) “bəşərin ilahiləşməsi” teologiyası mühüm yer tutur. Müqəddəs Afanasiy yazırdı: “Kəlam insanlaşdı ki, biz ilahiləşək”.[24] İlahiləşmə ideyası Əhdi-Cədidin bu sözlərinə əsaslandırılır: “O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız” sözlərini misal gətirmək olar.[25]

Qeyd etmək lazımdır ki, əksər xristian kilsələrindən fərqli olaraq, kalvinizm xilası tamamilə şərtsiz bir olay olaraq qəbul edir. Xilas olanların Allah tərəfindən əvvəlcədən təyin edilmiş olub, xilas olmuş vəziyyətlərini əsla itirə bilməyəcəkləri fikri yalnız kalvinist cərəyana məxsus olan kilsələr üçün səciyyəvidir.

Xilas haqqında ənənəvi xristian fikrini bu sözlərlə yekunlaşdırmaq olar:

“Xilas olmaq nə deməkdir? Rəbb ilə qalmaq deməkdir; həlak olmaq isə Ondan uzaqlaşmaq deməkdir... Hər dəfə iradəmiz şərə tərəf döndükdə, biz xilası özümüzdən itələyirik, qovuruq, ondan üz döndəririk, Öz qanı ilə bizi Özünə yaxınlaşdıran Allahdan uzaqlaşırıq”.


Tarix: 12.03.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Kilseler
loading...