Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Protestantlıq

Protestantlıq (latınca: protestans - etiraz edən) - pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri.

Avropada Reformasiya dövründə meydana gəlmişdir. Teoloqlar Martin Lüterin, J. Kalvinin, Svinqlinin təlimi protestantlığın əsas ehkamları idi. Protestantlığın əsas qolları lüteranlıq və kalvinizmdir. Protestantlar Kilsənin adamlarla Allah arasında vasitəçi olması hüququnu rədd edərək göstərirdilər ki, hər bir şəxs öz daxili inamı vasitəsilə günahlarını yuya və bilavasitə allahla əlaqə yarada bilər.

Protestantlıq xristian kultunu xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi rədd etdi. Əsasən, Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderlandda, ABŞ-da yayılmışdır.

Reform sonrası ortaya çıxan dini münasibətlər nəticəsində sonradan 3 qola ayrılmıstır. Bunlar:
Lüteranlıq
Kalvinizm
Anglikanizm - İdarə üsuluna görə Anglikanizm Katolikliyə Protestantizmdən daha yaxın.


Tarix: 12.03.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Kilseler
loading...