Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Ruh

Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu - xristianlıqda Üç üqnumun üçüncü Sifəti.

Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır:

“Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu”.[1]

Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.Mündəricat
1 Müqəddəs Ruh və xristian kilsəsinin tarixi
2 İsa Məsihin Müqəddəs Ruh haqqında dediyi sözlər
3 Əhdi-Cədid Məktublarında Müqəddəs Ruh haqqında yazılanlar
4 Müqəddəs Ruhun səmərəsi
5 Müqəddəs Ruh kilsənin iman simvollarında
6 Müqəddəs Ruhun rəmzləri
6.1 Su
6.2 Od yaxud alov
6.3 Külək
6.4 Yağ
6.5 Göyərçin
7 İstinadlar
8 Mənbə
9 Xarici keçidlər


Müqəddəs Ruh və xristian kilsəsinin tarixi

Xristianlıqda Müqəddəs Ruh bəşəriyyətin tarixinə birbaşa təsir göstərən Şəxs olaraq çıxış edir. Xristianlar inanırlar ki, İsa Məsih ölüb dirildi, göyə qalxdı, qısa bir müddət sonra, Əllinci Gün bayramında Onun şagirdləri üzərinə Müqəddəs Ruh endi və xristian kilsəsinin tarixi bununla başlandı. Əhdi-Cədidə daxil olan Həvarilərin İşləri Kitabında o gün baş verənlər belə təsvir olunur:

“Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar”.[2]

Həvari Peter bu səs-küyə gələn yəhudilərə bu hadisəni izah etmək üçün Əhdi-Ətiq peyğəmbərlərindən sitat gətirdi:

“Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, cavanlarınız görüntülər, ağsaqqallarınızsa röyalar görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək. Yuxarıda – göylərdə xariqələr, aşağıda – yerdə əlamətlər göstərəcəyəm: qan, alov və tüstü buxarları görünəcək. Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl günəş qaranlığa və ay qan rənginə dönəcək. Rəbbin adını çağıran hər kəs xilas olacaq””.[3]

Beləliklə, Müqəddəs Ruhla dolu həvarilər və digər ilk xristianlar Məsihin Müjdəsini Qüdsdən başqa bölgələrə yaymağa və cəmiyyətlər (icmalar, kilsələr) yaratmağa başladılar.


Tarix: 12.03.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Kilseler
loading...