Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Apostol inam rəmzi

Apostol inam rəmzi - ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir. Apostol inam rəmzinin mətni:
Allaha, Qadir Ataya, yeri və göyü Yaradana inanıram.
Və İsa Məsihə, Onun Yeganə Oğluna, bizim Rəbbimizə inanıram ki,
O Müqəddəs Ruh tərəfindən qoyuldu, Bakirə Məryəm tərəfindən doğuldu,
Ponti Pilatın yanında əzab çəkdi, çarmıxa çəkildi, öldü və dəfn edildi,
Cəhənnəmə endi, üçüncü gün ölülərdən dirildi, göylərə qalxdı
Və Qadir Ata Allahın yanında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək.
Müqəddəs Ruha, müqəddəs Ümumdünya Kilsəsinə, Müqəddəslərin Ünsiyyətinə,
Günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata inanıram. Amin.


Tarix: 12.03.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Kilseler
loading...