Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katex kilsəsi

Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi.

Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır.

Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.


Tarix: 06.03.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 308 Bölmə: Kilseler
loading...