Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin 15 yalanı

Sevgilinizin, ya da həyat yoldaşınızın heç yalan dediyini ağlınıza gəldimi?kişi yalanları

Əgər partnyorunuz “heç vaxt yalan danışmıram” deyirsə, ona qətiyyən inanmayın. Çünki kişilərin tez-tez dedikləri yalanlar var.

Üzr istəyirəm
Bu cümləni bütün kişilər istifadə edir. Kişilər əsəbi halda olan sevgililərini bu cümləylə sakitləşdirməyə çalışırlar.

Ananı çox sevirəm
Bəzən bir qadının ürəyini fəth etməyin ən böyük açarı onun ailəsidir. Kişilər də sevməsələr belə bu cümləni işlətməkdən çəkinmirlər.

Romantik filmlərə bayılıram
Qadınların əksəriyyəti romantik olduğuna görə kişilər də bəzən özlərini belə göstərirlər. Guya onlar romantik olan hər şeydən xoşlanırlar. Əslində əksər kişilərin romantik filmlərdən zəhləsi gedir.

Bu ev artıq sənindir
İnanmayın. Çünki bu cümlə sadəcə birinci dəfə üçün keçərlidir.

İtə belə baxmaram
Partnyotun qırmaq istəməyən kişilərin ən çox istifadə etdiyi, qadınların isə eşitməkdən yorulmadığı yalan...

Yeməklərin çox dadlıdır
Ay… Yalansa sizi! Görəsən, bu yalana inanan qadın qalıbmı?

Cenifer Lopez kimisən
Bu da bir başqa yalan. Ancaq bu sözləri eşidəndə qadınlarda özünə inam yaranır

Arıqlamısan
Qadınları ən çox maraqlandıran kökəlmək barədə kişilər həmişə yalan söyləməyə meyillidirlər. Çünki “arıqlamısan” deyəndə qadınlara ləzzət edir.

Müğənniyə baxmıram, mahnısına qulaq asıram
Mahnısına qulaq asırsansa get radiodan, ya da mp3 player`dən qulaq as. Bəs niyə klipinə baxırsan.

Sonra danışarıq
Sərf eləmiyən söhbət gedəndə kişilər bu yolla məsələdən yayınmağa çalışırlar

Heç bir qadını sənin qədər sevmədim
Yəqin ki, sizdən qabaqkına da eyni sözü deyib.
susss

Sabah iclasımız var, gec gələcəm
Nəinki həyatda, hətta filmlərdə də, ədəbiyyatda da kişilərin ən çox istifadə etdiyi yalanlardan biridir

Dostumun nişanlısıdı
Bəzən sevgilinizin telefonunda başqa qızlardan gələn mesajlar tutursunuz. Onlar da vəziyyətdən çıxmaq üçün müxtəlif yalanlar uydururlar

Yaman yorulmuşam
Bəzən yataqda kişilər seksdən imtina edəndə bu cür bəhanələr uydururlar.

Satıcı ölçünü səhv salıb
Məşuqə üçün alınan hədiyyə, daha çox alt paltar əlinizə keçir. Və… Bir söz tapa bilməyən kişinin beynindəki yalan maşını bu vaxt işə düşür.


Tarix: 28.11.2014 / 13:10 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Kişiler haqqında
loading...