Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin qadınları “dəli edən” 16 özəlliyi

Qadınların kişilərdə görmək istəmədikləri özəlliklər hansılardır? Londonda nəşr olunan The Times qəzeti oxucular arasında sorğu keçirərək kişilərin qadınları dəli edən 16 özəlliyinı sıralayıb. Qəzet hər bir kişidə tapılan və qadınları hövsələdən çıxaran kişi özəlliklərinin kiçik bir siyahısını dərc edib Beləliklə, kişilərin dəli edən 16 özəlliyi bunlardır:
1. Bütün ev işlərinin qadına aid olduğunu düşünərlər.
2. Elədikləri hər bir xırda iş üçün minnətdarlıq umarlar.
3. Öz bədənlərindən gələn pis qoxuyu hiss etməzlər, ancaq qadınlarda ən zəif qoxuyu bir andaca hiss edərlər.
4. Qadın sadəcə təbii olaraq bəzi şeylərdən dərd çəkərkən, kişilər dərhal çarə tapır. Bəziləri qadının sadəcə şikayət etmək istəyini belə anlamazlar.
5. Bir həftədən sonrakı günə dair bir planı qurmaq adətləri yoxdur.
6. Önəmli tarixləri sürəkli unudarlar.
7. Həyatlarındakı qadınların rəfiqələrinin ərləri və onların uşaqlarının adlarını hər zaman yanlış xatırlarlar.
8. Tam yatağa getməli anda belə, televiziya və ya kompüterdə nəsə bir şey taparlar.
9. Bəzi ünlü qadınların 10 faiz təbii gözəl olmalarına ürəkdən inanarlar.
10. Burunlarını təmizləyəndə belə, yüksək səs çıxararlar.
11. Onlara aid bir şey olmadıqda alış-verişə hövsələləri olmaz.
12. Tualetlərdə saatlarla vaxt keçirirlər.
13. Yol hərəkəti qaydalarının başqaları üçün nəzərdə tutulduğunu düşünürlər.
14. İctimai yerlərdə rahatca gəyirər və bununla qurur duyarlar.
15. Yataqlarını heç vaxt yığmazlar.
16. Analarına qaçarlar.


Tarix: 28.11.2014 / 13:01 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Kişiler haqqında
loading...