Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rənglər və qadınlar

QIRMIZI RƏNG – Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və şəndir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez uslana bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatca divanda oturub, televizora baxacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun.

YAŞIL RƏNG – “Yaşıl” xanım ideal qadındır : sabit, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma “yaşıllar” da qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meyllidirlər. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsiçox vacibdir. “Yaşıl” diqqətsizliyə, laqeydliyə dözə bilmir. odur ki, xanımınızın dünyada yeganə gözəl olduğunu tez-tez dilinizə gətirin.

rənglər
BƏNÖVŞƏYİ RƏNG - Bu rəngi sevən xanımlar çox şıltaq olurlar. Onlar həqiqətən qeyri-adi gözəl olsalar da, qəribə görünsələr də, ailəyə diqqət yetirmirlər. “Bənövşəyi”lər üçün karyera mətbəxdə xörək bişirməkdən vacibdir. O, adi münasibətlər üçün yaranmayıb. Hər kişi belə qadına davam gətirməz. Yox, əgər siz artıq belə xanıma dəlicəsinə vurulmuşsunuzsa, ən pisi isə o sizin hisslərinizə cavab vermirsə, onun həyatını cənnətə çevirməyə çalışın. Yalnız istirahət, yalnız əyləncələr… Düzdü bu əyləncələr sizə baha başa gələr, odur ki, dəridən-qabıqdan çıxana qədər işləməlisiniz.

MAVİ VƏ AĞ RƏNG - Bu rəngin tərəfdarları ciddi və xırdaçı olurlar, onlar hər şeydə, münasibətlərdən tutmuş mətbəx stoluna qədər, təmizliyi və qayda-qanunu sevirlər. Lakin, bu sizi qorxutmasın. Çünki, onlar həm də şəndilər, romanti macəralara tez uyurlar. “Mavi-ağ”ların daha bir maraqlı keyfiyyəti həddən artıq hissetmə qabiliyyətinə malik olmalarıdır. Onlar yalanı tez duyur və dərhal soyuq, lakin nəzakətli münasibətləri ilə tərəfdaşlarını özlərindən uzaqlaşdırırlar. Odur ki, belə qadınlar xəyanət etməyi ağlnıza belə gətirməyin, onsuz da üstü açılacaq.

QARA RƏNG – Kişilərin əksəriyyəti “qara” geyimli qadınlardan ilan kimi qorxurlar, intuitiv olaraq onun aqressivliyini, liderliyə meylliyini və daxilən ziddiyyətli olmasını hissedirlər. Həmişə maraqlı, zərif, ağıllı, güclü müşahidə qabiliyyəti və uzaqgörən olan belə qadınlar arasında tenhalara daha tez tez rast gəlmək olar. Buna baxmayaraq, əgər “qara” qadın kimisə sevsə, onunla dünyanın o bir başına da gedə bilər. əgər bo svgi istəyirsinizsə, özünüzü “qara” qadınla bağlayın.

NARINCI RƏNG - Narıncı xanımlar dəyişkən xarakterlidirlər. Onlar da “qirmizilar” kimi enerjili, ünsiyyetcil və işgüzardılar, lakin ciddi deyillər. Bu xanımla asanlıqla yola getmək olar, onlar şən və maraqlıdırlar, köhnə fikirlərlə hesablaşmırlar. Tez-tez əyləncələrini və tərəf müqabillərini dəyişməyi sevirlər. Belə qadınla ömür-gün yoldaşı olmaq istəyirsinizsə, onun həyatını maraqlı edin.

SARI RƏNG - Bu rngə üstünlük verən qadınlar ço x təzadlıdırlar. Nə qədər ki siz bir dost, ya ər kimi onu təmin edirsiniz, xoşxasiyyət və qyğıkeşdirlər. Digər tərəfdən isə, şıltaq, yelbeyindirlər, çoxlu kişi dostları var. Bununla belə sevdikləri aama heç vaxt xəyanət etmir, bunu ləyaqətsizlik sayırlar. Onlar daha çox mühafizəkardırlar. Bu da “sari”lara yaxşı həyat yoldaşı olmağa imkan verir. Yalnız o vaxta qdər ki, onun irəli sürdüyü tələblər eşidilsin. Bir sözlə əgər siz “sarı gəlin”in sizinlə yaxşı rəftar etməsini istəyirsinizsə, kişi şovinizmindən və “mən kişiyəm” fikirlərdən uzaq olmalısıniz.

GÖY RƏNG - Əgər siz sakit, xırdaçı adamsınızsa, “göy” sizin üçün ən ideal qadın olacaq. Bu rəngin pərəstşkarları təmkinli, xeyirxah olur, insanları yaşı başa düşürlər. Buna baxamayaraq davakar, özünəinamlı və soyuq görünürlər. Əslində bu, arxasında həssas, tez inciyən və romantik ruhlu bir insanın maskasılndan başqa bir şey deyil. “Göy” ləyaqətsizliyi, kütlüyü, mərhəmətsizliyi sevgilisinə bağışlamır. Odur ki, heç bir səbəb olmadan onu təhqir etməyə cəhd göstərməyin.


Tarix: 28.11.2014 / 12:52 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Kişiler haqqında
loading...