Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər hansı hallarda göz yaşlarına hakim ola bilmirlər?

Bir kişini normal halda ağlatmaq çox çətin məsələdir. Qadınlar duyğusal bir filmə baxan ən həssas məqamda gözlərindən yaşlar süzülür. Kişilər isə duyğularını bəlli etməməyə çalışırlar. Keçirdiyi bütün hissləri ürəyinə salır. Elə buna görə də, infarkt halları kişilər arasında daha çox müşahidə edilir. Əksər hallarda kişilər problemlərini dilə gətirməyi sevmirlər.
Amma qadınlardan fərqli olaraq, kişilər yalandan ağlaya bilmirlər. Onların göz yaşları heç zaman saxta olmur. Günah hissi onları boğan zaman göz yaşlarını saxlaya bilmirlər. Çünki kişilər həqiqətən dəyər verdiyi, həyatındakı ən önəmli insanı itirdiyi zaman ağlaya bilər.

Arzuları puç olanda: Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

Yaxınları vəfat edəndə: Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

Eşqə düşəndə: Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

Sevdiklərindən ayrılanda: Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda: Kişilər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

İşini itirəndə: Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stressə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

Futbola baxanda: Bu ilki dünya üzrə futbol çempionatında çəkilən şəkillər bir daha sübut etdi ki, futbol kişilərin həyatında ən önəmli yerlərdən birini tutur. Azarkeş olduqları komanda uduzanda, komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik, çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

İtləri öləndə: Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

Qeyd edək ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur...


Tarix: 22.11.2014 / 23:59 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Kişiler haqqında
loading...